Qəbr əzabı təsdiqini tapıbmı?
Sual: Qəbr əzabı təsdiqini tapıbmı?
Cavab: Qəbr əzabı Quran və Sünnədəki aydın dəlillər və müsəlmanların icması, bu üç dəlillə sübuta yetirilib.
Sünnədən dəlil-Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) demişdir: “Qəbr əzabından Allaha sığının, qəbr əzabından Allaha sığının, qəbr əzabından Allaha sığının”.
Müsəlmanların icmasından dəlil-Həqiqətən bütün müsəlmanlar, hətta icma əhlindən və alimlərdən olmayan kütlə belə namazlarında belə deyirlər: “Qəbr əzabından və cəhənnəm əzabından Allaha sığınıram”.
Quranda olan aydın dəlilə gəldikdə isə, Allah-Təalanın Firon ailəsi haqqında bildirdiyi ayəni göstərmək olar: “Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!”.[1] Şəkk yoxdur ki, onların oda salınması ona baxıb zövq almaq üçün deyil, onun əzabına düçar olmaq üçündür. Allah-Təala həmçinin buyurur: “Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! (Allahu əkbər. Onlar ruhlarının bədəndən çıxmasını istəməyəcəklər) Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”— dediklərini bircə görəydin”. Burada gün (اليوم ( sözündəki əlif ləm) (الbu gün mövcud olan əhd üçündür. Yəni, hazırki gün onların vəfat etmə günüdür.
Deməli, qəbr əzabı Quran və sünnədəki aydın dəlillər və müsəlmanların icması ilə sübuta yetirilib. Qeyd etdiyimiz bu iki ayə isə Qurandan olan aydın dəlillərdir.
Fətvalar Məcmusu, 2-ci Cild, 153-ci Sual, səh.27-28