media-img_8343

İnsan bəzən baş verən hadisələr qarşısında “belə olsaydı, belə olardı” deyərək özünü həsrətin yarası ilə yükləyir. Halbuki xeyir və şər həqiqətdə bizim bildiyimiz kimi deyil; Allah qatında gizlənmiş hikmətlər vardır. Bəzən ən ağır müsibət belə, insanın dünyada topladıqlarından daha xeyirli olur… Çünki o, əbədi həyata açılan bir qapıdır. Qəlbində möhkəm iman olan kəs üçün əsas olan, baş verənlərə təslimiyyətlə yanaşıb, qəlbini “kaş ki”lərin zəncirindən azad etməkdir.

Allahın təqdirinə təslimiyyət göstərməyən qəlb, həsrət yarası və “kaş ki”lərin iztirabını çəkərək əriməyə məhkumdur. Çünki əsl xeyir, bəzən bizdən uzaqlaşdırılanda gizlidir. Uca Allah belə buyurur:

“Ey iman edənlər! O inkarçılar/kafirlər kimi olmayın!.. Onlar ki, qardaşları (dindaşları) səfərə çıxdıqda və ya döyüşə getdikdə: “Əgər yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər” dedilər. Allah bunu onların ürəklərində bir həsrət yarası olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!(Qəlblərinizi də, imanınızı da, təslimiyyət və əməlinizi də yaxşı görür)” (Quran, 3/156)

– Burada “həsrət yarası” ifadəsi yalnız kədəri deyil, həm də fürsəti itirməyin, geriyə dönməyin mümkünsüzlüyü ilə barışmamağın içdə buraxdığı iztirabı ifadə edir.

 

Növbəti ayədə Uca Allah, bəzən insanın müsibət və şər kimi qəbul etdiyi şeyin, əslində bütün dünya sərvətlərindən belə üstün ola biləcəyini, buna görə də qəlbini rahat tutmasını buyurur:

 

وَلَئِنْ قُتِلْتُمْ فِي سَبِيلِ اللّٰهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللّٰهِ وَرَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ

“Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, (bilin ki,) şübhəsiz, Allahın bağışlaması və rəhməti onların (dünyada) yığdıqları (bütün) şeylərdən daha xeyirlidir.” (Quran, 3/157)


Allaha həqiqi mənada iman edən kəs üçün ən gözəl hal — baş verənlərə təslimiyyət göstərmək və əmin olmaqdır ki, Allahın seçdiyi yol, bizim arzuladığımızdan daha xeyirlidir.

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-0cb5e240-2375-49be-9804-1c70a7de72d6

Qurani-Kərimin Tövbə surəsinin 2-ci ayəsində belə buyurulur: فَسِیحُوا۟ فِی ٱلۡأَرۡضِ أَرۡبَعَةَ أَشۡهُرࣲ وَٱعۡلَمُوۤا۟ أَنَّكُمۡ غَیۡرُ مُعۡجِزِی ٱللَّهِ وَأَنَّ ٱللَّهَ مُخۡزِی ٱلۡكَـٰفِرِینَ﴿٢﴾ “(Ey müşriklər!) Dörd ay ərzində yer üzündə dolaşın (rahat […]
Daha ətraflı
media-img_7866

يَـٰأَيُّهَا ٱلَّذِينَ آمَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَٱعْلَمُوۤا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥۤ إِلَيْهِ تُحْشَرُونَ ﴿٢٤﴾ وَٱتَّقُوا۟ فِتْنَةً لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَاۤصَّةً […]
Daha ətraflı