media-img_3236

İnsanın hüdud tanımaması və nəfsinin hər buyuruğuna görə hərəkət etməsi qəlbinin bağlanmasına səbəb olur. Neçə-neçə insan vardır ki, ağlı da, savadı da yerindədir, lakin, əsla Allaha tərəf gəlmək istəməz, üz döndərər. Çünki, daxili aləmində böyük fırtınalar və nəfsini xilas edə bilmədiyi günahlar vardır.

“Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə (haqdan) üz çevirir­.” (Quran, 3/23)

Üz çevirmənin, qəlb möhürlənməsinin və beləliklə də Allahdan uzaq düşərək əbədi səadətdən məhrum olmanın səbəbi – məhz özünü çox üstün ağıl sahibi (bu günkü dillə desək, intellektual) hesab edərək Yaradanın buyurduğu həyat nizamını (dini) ələ salması və günahlara dalmasıdır.

“Bu (üz döndərmək), onların: “Od bizə ancaq bir neçə gün toxunar!”– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartdı. Öz dinləri (inandıqları) barəsində uydurduqları şeylər onları aldatmışdır.” (Quran, 3/24)

Ayədə qeyd olunan səbəb, haqqında danışılan qövmə aid bir səbəbdir. Hər dövrdə və hər millətdə bu səbəb müxtəlif ola bilər. Nəfsinə görə yaşayan və üz döndərən kəsin qəlbi, həqiqətlərin ləzzətini dadmaqdan məhrum edilər. Bu həyatın ən böyük məğlubiyyət və məhrumiyyəti də Allahdan uzaq düşməkdir. Malik b. Dinar demişdir:

“أهل الدنيا رحلوا عن الدنيا، ولكنهم لم يذوقوا أطيب ما فيها.”

“Dünya əhli dünyadan köçdü, lakin onda olan ən gözəl şeyi dadmadılar.”

Soruşuldu: “O nədir?”

“معرفت الله”

“Allahı tanımaq” – deyə cavab verdi.

Ayxan Yaquboğlu

Bənzər Məqalələr