Zalım insanın “zülm ipi” uzundur, lakin vaxtı çox qısadır.. Əlindəki gücün, daima olacağını, məzlumun isə, daima zəif olacağını zənn edir. Allaha iman etmiş kəslər isə, bu cür səthi olaraq düşünməz, hadisələrin arxasındakı böyük xeyirləri görməyə çalışar, ədalətin təcəlli edəcəyinə şübhə etməz səbr edərlər. Çünki, Uca Allah – “Onları böyük bir müsibətlə yaxalayacağımız gün, şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq!” – deyə buyuraraq, haqsızlığın cəzasız qalmayacağına dair 100%-lik zəmanət vermişdir. (Quran, 44/16)

 

Bu səbəblə də, zalımın zülmü qarşısında aciz qalan, heç bir qarşılıq verə bilməyən kəs üzülməməli, işini Allaha həvalə edərək qəlbini rahat tutmağa çalışmalıdır. Bunu etməklə məğlub olmadığına, əksinə – şan və şərəfinin qorunaraq ucaldılacağına arxayın olmalıdır. Peyğəmbərimiz (ona salam olsun) bu barədə belə buyurmuşdur:

“Haqsızlıq ilə zülm olunmuş və Allah rizası üçün bu zülm haqqında susmuş/səbr etmiş etmiş elə bir bəndə yoxdur ki, Allah bu səbəblə ona güclü dəstək olmasın (başqa hədisdə: ‘o kəsin hörmətini/izzətini artırar’). (Musnəd, 2/436)

 

Buna görə də müdriklər deyərdilər: “Sənə zülm edənin zülmü sənə ağır gəlməsin, çünki əslində o, yalnız özünə zərər verməyə, sənə isə xeyir/fayda verməyə nail oldu.”

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr