Məşhur səhabə Əbu Zərdən nəql olunduğuna görə Allahın elçisi (Ona salam olsun) Allahdan belə rəvayət etmişdir: 

 

«Ey bəndələrim, mən zülmü özümə haram etdim, onu aranızda da ha­ram etdim, artıq bir-birinizə zülm etməyin!

Ey bəndələrim, (başlı-başına qalsanız) hamınız azğınsınız.. Yalnız Mənim doğru yolu göstərdiklərim müstəsnadır! Məndən hidayət istəyin ki, sizi ona çatdırım!

Ey bəndələrim, mənim yedirdiklərim müstəsna, hamınız acsınız. Mən­dən ruzi istəyin ki, sizə verim!

Ey bəndələrim, mənim geyindirdiklərimdən başqa hamınız çılpaqsınız, geyindirməmi istəyin ki, sizi geyindirim!

Ey bəndələrim, siz gecə və gündüz günah edirsiniz, Mən isə, bütün günahları bağışlayıram. Təkrar olaraq — Mənə yönələrək — bağışlanma diləyin ki, sizi bağışlayım!

Ey bəndələrim, siz Mənə zərər verə bilməzsiniz ki, bunu edəsiniz. Həmçinin Mənə fayda verə bilməzsiniz ki, bunu edə biləsiniz!

Ey bəndələrim, sizin keçmişiniz, gələcəyiniz — insan və cin (hamınız) — içi­nizdən ürəyi ən təmiz olanınız kimi olsalar belə, bu Mənim mülkümdə heç bir şey artırmaz!

Ey bəndələrim, keçmişiniz, gələcəyiniz — insan və cin (hamınız) — ürəyi ən xarab bir adam kimi olsalar belə, bu da Mənim mülkümdə heç bir şeyi azaltmaz!

Ey bəndələrim, keçmişiniz gələcəyiniz — insan və cin (hamınız) — bir yerdə toplanıb məndən (bir şeylər) istəsələr, Mən də hər insana istədiyini ver­səm, bu — Məndə olandan (mülkümdən), bir iynə ucunun dənizə batırıldığı zaman ondan azaltdığı qədərdən daha çoxunu azalda bilməz!

Ey bəndələrim, sizin üçün sıralayıb saxladığım, sonra eynilə önünüzə qoyacağım işlər — ancaq və ancaq əməllərinizdir. (O əməllərin) yaxşı olduğunu görən Allaha həmd etsin, başqa bir şeylə qarşılaşacaq olan isə, yalnız başına döysün!..»

 

(Muslim, 4/1994)

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı