Siqaretə yox deyək!
Bu gün ətrafımızda olan dostlar, minik vasitələrində olan sürücülər, ictimai yerlərdə olan şəxslər bizi siqaret tüstüsü ilə boğurlar. Çox hallarda siqaret çəkənlər iddia edirlər ki, siqaret çəkmək bəyənilən əməldir. Hətta bəzi məzhəbdə olanlar isə siqaretə məkruh deyərək insnaları siqaret çəkməkdən yayındırmaq əvəzinə, daha da onların meylini bu haram adətə salırlar.
Əziz gənclər! Buna dəqiq əmin olun ki, siqaret sizin sağlamlığınız üçün təhlükəli olması ilə yanaşı, ətrafda insanlara zülm etməyinizlə, əziyyət verməyinizlə yanaşı, islam dininə görə də siqaret çəkmək haramdır və axirətdə bu əməlinizə görə böyük günah sahibi olurusnuz. Siqaretin məqbul, məkruh və s. halala yaxın adlandıranların sözlərinə inanmayın. İslam dininə görə siqaret çəkmək haramdır. Haramdan çəkinmək isə hamımızın borcudur. Allah təala Qurani-Kərimdə siqaretin haram olması barədə belə buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız” (Təkəsur surəsi, 8). Siqaret çəkməklə özünüzə, ətrafınızda olan digər insanlara əziyyət verdiyiniz üçün sorğu-sual olunacaqsınız. Allah təala yənə buyurur: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir” (Əraf, 31). Allah təala siqaretin adını Qurani Kərimdə çəkməsə də hamımız bilirik ki, siqaret çəkmək israf etməkdir və Allah təala da bunu bizə qadağan edir. Həqiqi mənada isə Allah təala siqaret çəkməyi bizə qadağan edir. Qadağan olunan hər bir iş haramdır. Siqaret çəkmək də israf olduğu üçün haramdır. Ağılı olan heç kim siqareti təmiz, pak hesab etmir. Əksinə siqaret zərərli və zibillik törədən vasitədir. Müsəlman isə həmişə hər cəhətdən təmiz olmalıdır.
Başqa bir ayədə Allah təala buyurur ki, “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə surəsi, 195), digər ayədə “Özünüzü öldürməyin!” (Nisa surəsi, 29), buyurur. Siqaret çəkmək öz əlinlə özünü təhlükəyə atmaq, özünə zülm etmək deməkdir, Siqaret çəkmək bir çox qorxulu xəstəliklərin, xüsusi ilə də xərçəng xəstəliyinin yaranmasına səbəb olur ki, bu da sonucda ölüm ilə nəticələnir. Siqaret çəkənlər nəyə görə özünüzü öldürürsünüz?!. Axı Allah təala özünü öldürməyi sizə haram edibdir! Siqaret çəkmək insanın tədricən intihar etməsi deməkdir. Əgər öldükdən sonra ölüm səbəbinin siqaret olduğu bilinərsə, həmin kəs intihar etmiş hökmündədir. Allah bizi qorusun! Amin!
Siqaretin haram olması, onun həm özümüzə, həm ailəmizə, həm dostlarımıza, həm gələcək övladlarımıza zərərli olmasını düşünüb gəlin hamımız birlikdə siqaretə yox deyək!
—————————
Əkrəm Həsənov