Salam aleykum. Belə bir sual: Əgər bir nəfər işlədiyi yerdə onun işi üçün lazım olan malları hansısa bir şirkətdən sifariş edir, pulunu müdriyyət ödəyir, lakin şirkət həmin adama malları məhz o şirkətdən sifariş verdiyi üçün müəyyən məbləğ pul verir, bundan müdriyyətin xəbəri olmur. Həmin adam da pul tələb etmir şirkət özü verir, həmin pulu almaqda halallıq varmı? Bir şey də var ki, sui-istifadə olunmayacaq, lazımsız və keyfiyyətsiz mal sifariş edilməyəcək. Allah razı olsun.

va aleykum Salam. Burada diqqət etməmiz lazım olan önəmli bir məqam vardır. Baxın, həmin “hədiyyə” kimi verilən pulu, işçi nə üçün qazanır? O pulu işçi, işlədiyi yerdəki vəzifəsinə görə qazanır. Ona görə də pullar şirkətə aiddir. Başqa cür desək, şirkətin sahibinə aiddir. Çünki, həqiqətdə o malları alan işçi deyildir, şirkətin sahibidir. Ona görə də şirkət sahibinin xəbəri olmadan o pulları özünə götürməsi icazəli deyildir. Daha doğrusunu Allah bilir!

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Tərtib: Ayxan Yaquboğlu

Bənzər Məqalələr