Təbəssüm et.. Çünki, hüznlü olmağı sınadın, lakin sənə heç bir yararı toxunmadı. Övladın imtahandan kəsildi deyə üzüldün.. Yaxşı, bəs sən, üzüldüyün üçün uğur əldə etdinmi? Valideynin vəfat etdi deyə çox üzüldün.. Sən üzüldün deyə, həyata geri qayıdan oldumu? Ticarətdə zərər etdin deyə üzüldün.. Zərərin, qazanca çevrildimi?

 

O halda üzülmə.. Bu dünyanın, bu cür olduğunu artıq anla. Çünki, sən bir müsibətə üzüldün, bir çox müsibət ortaya çıxdı.. Kasıblığa üzüldün, sıxıntıların artdı.. Düşmənin sözlərinə üzüldün, beləcə onlara yardım etmiş oldun.. Pis bir şey olacaq deyə üzüldün, amma heç bir şey də olmadı..

 

Üzülmə.. Çünki, sən üzüntülü olsan; nə geniş bir evin, nə gözəl bir həyat yoldaşının, nə zənginliyin, nə də tər-təmiz övladların sənə heç bir xeyri toxunmaz..

 

Üzülmə.. Çünki hüzn sənə; dadlı suyu zəhər, gülü palçıq, bağ-bağçanı quraqlıq bir çöl və həyatı – dözülməz bir zindan olaraq göstərəcək..

 

Üzülmə.. Sənin iki gözün, iki qulağın, iki dodağın, iki əlin, iki ayağın, dilin, qəlbin, əmin-amanlığın və sağlamlığın var.. Bu sadalananlardan hər hansı biri yoxdursa, yenə də üzülmə.. Çünki, şükür ediləcək çox nemət içərisindəsən. Diqqətlə düşün..

 

“Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!” (Rəhman, 13)

 

Üzülmə.. Allah’ın, inandığın bir dinin, yaşadığın evin, yediyin çörəyin, içdiyin suyun, paltarın və sığındığın həyat yoldaşın var.. O halda nə üçün üzülürsən? Bu dünyadan çox şey gözləmə, gözlədiyin şeylərin ən gözəli – əbədi həyat olan Cənnət’dədir. Buna görə də üzüntünü deyil, təbəssüm’ü seç..

 

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı