Sual: Bir kəs xəstə olan insanla təması kəsə bilərmi? Ona o xəstəliyin yoluxmamasını səbəb tutaraq. Bunu etmək düzgündürmü? (Qrip və s. xəstəliklər)

 

Cavab: Əgər xəstəlik keçicidirsə, qorunmaq məqsədilə həmin şəxs sağalana qədər ehtiyat etmək olar. Hədisdə gəlir ki, “Cüzam xəstəliyindən şirdən qaçdığın kimi qaç.” (Buxari 5707). Başqa hədisdə: “Əgər bir yerdə taun varsa o yerə girməyin, əgər bir yerə taun gələrsə o yerdən çıxmayın.” (Buxari 5729, 5730, Muslim 5915). Lakin, ehtiyat saxlayarkən, bunu ədəbli şəkildə, qarşı tərəfin xətrinə dəyməyəcək formada etmək və onun üçün Allahdan şəfa istəyərək çoxlu-çoxlu dua etmək lazımdır. Daha doğrusunu Allah bilir.

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Sual vermək üçün sayta daxil olub, “Sualını bizə göndər” bölümündən istifadə edə bilərsiniz.

Bənzər Məqalələr