media-img_1337
Həyatından narazısansa və bu həyatın gerçəkliyini anlamaq istəyirsənsə, bu üç yerə mütləq baş çəkməlisən:
Birincisi, xəstəxanaya. Orada sağlamlıqdan daha qiymətli bir şeyin olmadığını görəcəksən.
İkincisi, həbsxanaya. Orada azadlığın dəyərini və onun əvəzsiz bir nemət olduğunu hiss anlayacaqsan.
Üçüncüsü isə, qəbirsanlığa. Orada həyatın əslində heç nəyə dəymədiyini, bu dünyanın keçici bir dayanacaqdan ibarət olduğunu anlayacaqsan. Bu gün ayağının altında olan torpaq, bir gün sənin üçün qaranlıq bir məzar olacaq.
Biz bu dünyada yalnız qonağıq. Gəlirik, bir müddət yaşayırıq, sonra heç isə, hər şeyi və hər kəsi geridə buraxaraq, əliboş halda çıxıb gedirik. Qısa bir ömür üçün əbədi xoşbəxtliyi itirməyə dəyərmi heç? Əgər ölümdən sonrakı həyat olmasaydı, hər şey məntiqsiz, mənasız və çox iztirablı olardı.
Müvəqqəti və fani olan bu dünya həyatından heç bir şey apara bilməyəcəyik. Bizimlə birlikdə gedəcək yeganə şey Allahın razılığını qazanmaq üçün etdiyimiz gözəl, saleh əməllərimiz a etdiyimiz səcdələr, dua və zikrlər, tutduğumuz oruclar, zəkat və sədəqələr olacaq.
Uca Allah belə buyurur:
“Bu dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əsl həyat əbədi olacaq axirət yurdundadır. Kaş (dünya həyatına aldanıb Allahı unudan insanlar) bunu biləydilər.” (Quran, 29/64)

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı