featured-image-2809

Davud:

“Şəriət sahibi” Davuddan eyləyək xəbər,

Əlinin zəhməti ilə yaşayan Peyğəmbər,

Günü üç qismə ayırmış idi ol bəxtəvər,

İşinə, ev əhlinə, həm ibadətə pərvər,

Özünə dəyər verən Allahı bu cür sevər!

Calut adlı zalımı nəbi Davud xar etdi,

Allah ucaltdı onu, həm də hökmdar etdi,

“Kitabı-Zəburu” nazil etdi, aşkar etdi,

Bir-gündən bir o oruc tutdu və iftar etdi.

Davudun namazıyla könül iftixar etdi.

Süleyman:

Bir nəbi övladı və həm varisdir Süleyman,

Böyük bir səltənət qaldı Davud atasından,

Rəbbi ona lütf etdi möcüzlər arasından,

Bir külək verdi səhər keçər bir aylıq yoldan,

Həm günorta əksik olmazdı eyniylə bundan.

“Tabe edildi cinlər” Süleymana taətdə,

“Mis qaynağı” hökmündə, o Rəbbə ibadətdə,

“Quşların dilin” öyrətdi Haqq verdiyi nemətdə,

Çox şükr edən Süleyman, yüksəldi ədalətdə,

Rəbbin bu böyük lütfü görsəndi şərafətdə!

Gəldi “Ölüm Mələyi”, biz azca möhlət dilədi,

Fəqət ki, ölməlidir, əcəl vaxtı gecikmədi,

Ayaq üstə ölüm anı əsasına söykəndi,

Onun belə öldüyün ins ilə cin də bilmədi,

Bunu əsanı yeyən bir “ağac qurdu” göstərdi!

İlyas:

Onun sələfləri zikr etdi xalqa tövratı,

Baş qaldırdı yenə də bütpərəst mövhumatı,

İlyasa verdi Rəbbi ilahi təlimatı…..

“Allahın mömin qulu”, ilahi təyinatı,

Yaxşı iş görənlərin böylədir mükafatı!…

“İlyasa salam olsun” — Rəbbi dedi nisbətində,

“Məgər qorxmursunuzmu” dedi İlyas dəvətində,

Şirki təmizləmək istəyirdi əşirətində,

“Bələ”[8] [8] yalvarırsınız, özü acizlik içində,

Ən böyük Xaliqi tərk etmisiniz siz əslində!

əl-Yəsə:

İlyasdan sonra daha bir nəbi də göndərildi,

Rəbbinin vəhyi ilə Rəbbinin əmrini bildi,

Onunla xalqa bütün yaxşı və pis bildirildi,

O, Əl-Yəsə peyğəmbər xalq tərəfindən sevildi,

Böyük kütlə tərəfindən ona iman edildi!

Yunus:

Bütpərəst əqidəsi xalqa eyləmişdi nüfus,

Allah xəbərdar edən nəbi seçdi, ismi Yunus,

Aqillərçün yüksək məziyyəti vardı, ələxsus,

İllərlə dəvət etdi, dəvəti özünə məxsus,

Az qəbul edənləri görəndə çox oldu məyus!…

O da bir insan idi, qəm göründü canında,

Rəbbinin yardımı gəldi çox çətin vaxtında,

O zaman ki, qalmışdı Yunus balıq qarnında,

Zikr edən oldu deyə xilas oldu anında,

Sonra da xalqı iman edən gördü yanında!

Zəkəriyya:

İsrail övladına son gələn nəbilərdən,

Biri Zəkəriyya idi, o da salehlərdən,

“Bir varis istədi nəslindən ola”, – Rəbbindən,

Yaşlı vaxtında ona Yəhya verildi birdən.

Böyük möcüzə gördü o hər şeyə Qadirdən!

Bir əlamət istədi, həll olundu intizarı,

“Üç gün” danışmamaqdı xalqla qeyri-ixtiyari,

“Daha əvvəl adaşı olmayan” övlada sarı,

Bu cür qovuşdu nəbi, gerçək oldu arzuları!

O Zəkəriyya idi Məryəmin himayədarı!

Yəhya:

İsaya yaxın gələn nəbilərin məşhuru,

Zəkəriyya nəbininsə, gözünün bir nuru,

Rəbbi hikməti bəxş etdi, həm könlünə hüzuru,

Yaxşılıq əmr etdi, nəhy elədi hər fücuru,

Gözəl bir dövrə düşən nəbilərin məsruru!…

Quranda bildirildi, o oldu “təqvalı olan”,

Günahlardan təmiz tutuldu Yəhya, pak cavan,

Dadsa da istirabı, hər dövr gözəldir, inan,

Çox əziyyət gördü naşükür insanlardan!

Sonda atası tək şəhid edildi o insan!

İsa:

Möcüzəylə doğuldu, şərəflidir əcdadı,

Cənnətdə əfzəl olan bir qadının övladı,

Salamla xatırlanır daim İsanın adı,

Allahından yetişirdi ən gözəl imdadı,

On iki həvarisi ondan alırdı savadı.

İsaya nazil etdi İncili uca Yaradan,

İncildə Müjdə vardı Məhəmmədi-Mustafadan,

Quranda gözəl qissə nazil oldu İsadan,

Onu vəsf eylədi ən gözəl ərmağani-Quran!

“Peyğəmbər” qəbul edir İsanı hər əhli-iman!

Allahın izniylə ölüləri də dirildərdi,

Nə qədər xəstələrə bu yöndən səfa verərdi,

Şəfa verən Allahdır, bunu daim qeyd edərdi!

Rəbbimiz qeybə çəkdi İsanı və bildirdi,

Enəcək yer üzünə, onun da sonu qəbirdi.

Məhəmməd:

Öyülən, tərif olunmuş”dur o böyük Rəsul,

Əhmədi Mustafa fəxr etdi ki, o da bir qul,

Ən böyük möcüzəsiydi Quran, oldu nüzul,

Ən əfzəl Rəsul odur, ondaydı əfzəl üsul,

Allaha ən yaxın o oldu, duası qəbul!

Bir müxəmməslə onu anladamaz bir şair,

“Fəxri-Aləm”[9] [9]dir, çox əsərlər var ona dair,

O Həbibullahdır, ümmətini sevən kəsdir,

Bilmədik qədrini, bilsək olmazıydıq facir,

O təqva müəllimi böyük bir günü gözləyir!

[8] [17] İlyasın elçi olaraq göndərildiyi qövmün ibadət
etdiyi bütün adıdır.

[9] [18] Yəni, aləmin fəxridir. Bu ad, Rəsulullahın adlarından
biridir.

———
Sahib Əsədov

Bənzər Məqalələr

featured-image-3359

Ruhundan ayrı düşmüş hər bədən mənim qonağım, Qurdlara yem olacaqdır, inan, sənin yanağın. Gəzməyəcək yer üzündə daim sənin ayağın, Əcəl ilə sınar bir gün güvəndiyin dayağın. Gülüşlərin rahatlıq doldurur unutma […]
Daha ətraflı
featured-image-2912

Va lə iləhə illəllahul-vahidul-qahhər, Mömin o ki, etcək onu inkar görə münkər! Ulduz falı aydın sənə, azmışlara bağlı, Axmaq necə axmaq ki, veribdir buna ağlı. Ulduzlara uyğun guya tərtibli bu […]
Daha ətraflı