Mədinədə böyük bir sükut hakim idi.. Allahın elçisinin mübarək məscidindəki hal, dünyadakından fərqli deyildi, qapıları bağlandı. Artıq namazları, yalnız imam və az sayda insan qıla bilərdi.. Barmaqla sayılası qədər insanın qıldığı cümə namazında, məscidin imam-xətibi Əhməd b. Talib, hər kəsi evində namaz qılmağa çağırarkən, göz yaşlarına hakim ola bilmirdi. Peyğəmbərin məscidinin boş qalması mənzərəsi, insanı hüznləndirməyə bilməzdi. Lakin, vardır bunda da Uca Yaradanın bir hikməti..

Videodan alıntı

Dünyada koronavirus bəlası tüğyan edərkən, Müqəddəs torpaqlar da bundan istisna deyildi. Zəruri tədbirlərin görülməsi mütləq idi. Ümrə ziyarəti dayandırıldı və Mədinədəki Peyğəmbər məscidinin qapıları bağlandı. Dezinfeksiya və yoluxma riskinin azaldılması üçün, artıq məscid 24 saat açıq qalmır, işa namazında sonra bağlanırdı. Məsiddəki xalçalar və zəm-zəm suları yığışdırıldı, Quran mushaflarının üzəri örtüldü, namaz cərgələri/safları, elm halqaları bom-boş qaldı.. Mədinə küçələrdə -heç alışmadığımız- insansızlıq sükutu, hər kəsi hüznləndirirdi.

 

Növbəti ay, pamdemiya səbəbilə Mədinəyə giriş və çıxış tamamilə bağlandı. Artıq Ramazan gəlmişdi.. Çox fərqli bir Ramazan.. Təravih rükətləri azaldıldı, namaz cərgələrində məsafələr qoyulmağa başlandı.. Bayram da bu cür keçdi..

Videodan alıntı

Günlər, həftələr keçirdi. Allaha şükürlər olsun ki, zamanında alınmış tədbirlər sayəsində, artıq karantin rejimini yumşaltmaq mümkünləşirdi. Məscidin hər nöqtəsinin dezinfeksiya edilməsi, hərarət ölçən kameraların quraşdırılması, hər kəsin namazı öz xalçasında qılması, ciddi maska rejimi, namazda ara məsafələrini təyin edən oxlar kimi, bir çox tədbir..

73 gün sonra məscidin qapıları açılırdı.. Hüzn, yuxusuz gecələr artıq bitmək üzərə idi.. İnsanlar, gözləri yaşlı, Allaha şükürlər edərək məscidə daxil olur, “əlimizdə olan nemətlərin qədrini bilməmişdik” – peşmanlığı hər kəsdə hiss olunurdu. Axı, Kəbə evi və Allahın ən sevimli qulu olan Muhəmməd peyğəmbərin məscidi bağlı qalmışdı.. İnsanlıq üçün bundan daha böyük dərs ola bilərmi?..

Videodan alıntı
Videodan alıntı

Həmd və şükür Sənədir ey Rəbbimiz! Nemətlərinin qədrini bilmədik, nankorluq etdik, bizləri əfv et! Müqəddəs torpaqları və bütün müsəlman diyarları bütün xəstəliklərdən, bəlalardan, düşmən hiylələrindən qoru! Şübhəsiz ki, Sən Şəfa verənsən, güc və qüvvət Sahibisən!

 


Əslində biz, 73 günlük həsrəti özündə əks etdirən kiçik (13 dəqiqə) sənədli filmdəki sözləri, qısa olaraq bir neçə cümləyə sığışdırmağa çalışdıq. (www.islamevi.az)

 

İzləmək üçün 👇🏻

 

 

Bənzər Məqalələr