featured-image-3432

Ərəb ölkələrinin birində olmuş hadisə

Bacımın ölüm anı

Bacım solğun və yorğun görünürdü, fəqət hər zaman olduğu kimi Quran oxuyurdu.
Nə zaman axtarsan səccadəsində rüku və səcdə vəziyyətində və ya əllərini göyə açaraq dua edən görərdin. Səhər- axşam və ya gecəyarısı fərq etməzdi. Hər zaman bu cür idi.

Mən isə jurnal, kitab oxumağa həvəskar idim. O qədər çox videoya baxırdım ki, bununla məşhur olmuşdum. Vəzifələrimi tam olaraq yerinə yetirə bilmirdim. Namazda da çox nizamlı deyildim.

Bu gün də həmişəki kimi üç saat müddətində müxtəlif filmlərə tamaşa edib, videonu söndürdüm. Yaxınlıqdakı məsciddən azan səsi gəlirdi. Yatağıma döndüm.
Bacım otağından məni səslədi.
-“Nə istəyirsən?”- deyə soruşdum.
Hiddətli səslə :
-“Sübh namazını qılmadan yatma!” —dedi.
Sonra da yanıqlı səslə:
-“ Aaa, sübh namazına hələ bir saat var, bu birinci azandır!” söylədi.

Bacım, ölümcül xəstəliyə tutulub, yatağa düşənə qədər bu cür idi.
Məni yanına çağırdı:
-“Qardaşım, bir yanıma gəl!”
-“Nə istəyirsən?”- deyə soruşdum.
-“Otur!”
Oturdum:
-“Bacım, nə olub axı?” — deyə soruşdum.
Xoş və yumşaq səslə dilləndi:
-“Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir.” (Ali İmran surəsi, 185)
Bir an susdu və məndən soruşdu:
-“Ölümə inanırsanmı?”
-“Əlbəttə, inanıram.” — deyə cavab verdim.
-“Etdiyin hər şeyə görə bir-bir hesaba çəkiləcəyinə inanırsanmı?”
-“Bəli, amma… Allah böyükdür və rəhmlidir. Həm də həyat daha uzundur… Bacım, ani bir ölümdənmi qorxursan? — deyə soruşdum.
-“Qardaşım bax! Filankəs səndən də yaşca kiçik idi, amma yol qəzasında öldü. Sonra filan, filan… Ölüm ömür diləməz. Ölçüsü də yoxdur.” —deyə cavab verdi.

Bacımın bu son sözləri eşitcək otağın qaranlığı qəlbimi sıxdı:
-“ Mən qaranlıqdan qorxuram, sən də məni ölümlə qorxutdun, indi mən necə yatacağam. Həm də mən bu tətildə sənin də bizimlə gəlməyə qərar verdiyini sanırdım.”

Bacımın səsi anidən boğuqlaşdı və boğuq səslə:
– “Mən bəlkə bu il uzun bir səfərə çıxdım. Bəlkə başqa bir məkana, bəlkə… Ömürlər Allahın əlindədir.”

Ağlamağa başlamışdım.
Onun bu amansız xəstəliyini düşündüm. Həkimlər atama bəlkə də bu xəstəliyin çox vaxt almayacağını söyləmişdilər. Amma bunu bacıma kim demiş ola bilərdi? Yoxsa bunu özü də hiss etmişdimi?

-“Nə düşünürsən?” — bacım bu dəfə güclü bir səslə soruşdu — “bunları xəstə olduğum üçünmü söylədiyimi sanırsan? Əsla yox! Bəlkə sağlam adamlardan uzun bir ömrüm olacaq və sən nə zamana qədər yaşayacaqsan? Bəlkə 20 il, bəlkə 40 il, bəs sonra ?! Bir-birimizdən fərqimiz yoxdur. Hamımız köçəcəyik. Ya Cənnətə, ya Cəhənnəmə. Allahu təalənin bu sözlərini heç eşitmədinmi? : “Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır.” (Ali İmran surəsi, 185)

-“Allah rahatlıq versin!” —deyib otaqdan çıxdım. Bacımın səsi isə qulağımda əks səda verdi:
-“Namaz qılmağı unutma!”

Səhər saat 8 idi. Qapının döyüldüyünü eşitdim. Hələ qalxmaq vaxtı deyildi. Ağlaşma səsi gəlirdi. “Axı nə olub?”. Sualın cavabı özünü çox gözlətmir. Bacımın vəziyyəti ağırlaşmış və atam onu xəstəxanaya aparmışdı.
O il tətilə gedə bilmədik. Yəqin qədərimizə evdə oturmaq yazılıbmış. Uzun bir gözləmədən sonra…
Saat günorta 1-i göstərəndə atam xəstəxanadan evə zəng etdi:
-Onu indi ziyarət edə bilərsiniz. Tez olun!”

Anam atamın həyəcanlı olduğunu, səsinin dəyişdiyini dedi. Paltomu əlimə götürdüm. Tələsik maşına mindik. Hər zaman gəzməyə çıxdığımız yol xeyli uzun görünürdü. Nə olub bu gün bu yola? Qurtarmaq bilmirdi. Bu gün nə boğucu və sıxıcı idi. Anam yanımda bacım üçün dua edirdi. Axı o, yaxşı və dürüst bir qız idi. Bir gün belə vaxtını boş yerə keçirdiyini görməmişdim.
Xəstəxanın çöl qapısına çatdıq.

Budur, ah-vay içində bir xəstə. Yol qəzasında yaralanmışdır. Üçüncünün gözləri çıxmışdır. Bilinmir ki, bu dünya əhlidir, yoxsa Axirət ?!
Əvvəl heç görmədiyim mənzərəydi. Sürətlə pilləkəni çıxdıq. Bacım ciddi nəzarət altında idi. “Sizi onun yanında aparacağam”, -deyə tibb bacısı bizə yaxınlaşdı və anama təsəlli verdi: “Huşu indi-indi özünə gəlir.”
Bir nəfərdən artıq adamın girməsi qadağan idi.
Bax budur, ciddi nəzarət otağının qapısının pəncərəsindən, həkimlərin arasından bacımın mənə baxan gözlərini görə bildim. Anam yanında durmuşdu. İlk dəqiqədən sonra göz yaşlarını gizləyən anam otaqdan çıxdı. Çox danışmamaq şərti ilə yanına girməyimə icazə verdi: “İki dəqiqə sənə bəs edər!”
Daxil oldum:
-“Bacım necəsən?”
Əlimi sıxdıqdan sonra cavab verdi:
-“”Əlhəmdulilləh, indi yaxşıyam.”
Əlhəmdulilləh. Amma əlləri buz kimiydi. Yanında oturmaq istəyəndə, bilmədən ayağına toxundum, ayağını çəkdi.
-“Bağışla, səni narahat etdimmi?” — soruşdum.
-“Əlbəttə yox. Sadəcə Allahu təalənin bu sözünü xatırladım: ”Qıçı-qıçına dolaşacağı zaman, aparılacağı yer Rəbbinin hüzuru olacaqdır ! (Qiyamə surəsi, 29-30)” Mənim üçün dua et, qardaşım. Bəlkə yaxında Axirət günlərinin birincisinə salam deyəcəyəm. Yolum uzun, tədarüküm isə azdır.”

Dediklərini eşitdikdən sonra gözlərimdən damla-damla yaş axmağa başladı. Ağladım.
Və bu sözlər bacımdan eşitdiyim son sözlər oldu. O artıq danışmırdı.

Mən isə harada olduğumu artıq unutmuşdum. Hönkürtü ilə ağlayırdım. Atam mənim üçün daha çox narahat olurdu. Bu cür ağlamağıma və otağıma çəkilməyimə öyrəşməmişdilər.
O həzin gün… Günün batması ilə evimizdə uzun bir səssizlik hökm sürdü. Qohumlar gəldi. Söhbətlər. Gəlib-gedənin səsi bir-birinə qarışırdı. Mənimsə bildiyim tək bir şey var idi: “Bacım artıq vəfat etmişdi”.

Kim gəldi, nələr dedi, artıq ayırd edə bilmirdim. Allahım, haradayam, nələr baş verir?

Ağlamaqdan yorulmuşdum. Bacımın kədərlənmiş halını düşünüb, ölüm barəsində söylədiklərini xatırladım: “Və qıçın-qıçına dolaşacağı zaman” və həqiqəti anladım ki, “o gün aparılacağın yer Rəbbinin hüzuru olacaqdır !”

O gecədən etibarən bacımın namaz qıldığı yerə getmədim. O zaman anladım ki, kim anamın bətnini mənimlə bölüşdürüb, çünki biz əkiz idik. Kim üzüntülərini mənimlə bölüşdürüb. Kim sıxıntılarımı uzaqlaşdırıb. Kim hidayətim üçün dua edib. Kim mənə ölümdən, hesabdan bəhs edərkən gecələr boyu göz yaşı töküb…

Bu gün onun qəbrdə ilk gecəsidir. Allahım, ona mərhəmət et, qəbrini nurla doldur.
Bu onun oxuduğu Qurani-Kərim… Bu onun səccadəsiydi. Onunla yaşadıqlarım günləri bir-bir xatırladım və boş keçən günlərimə ağladım.
Göz yaşlarımın arası kəsilmədi. Mənə mərhəmət etməsi və məni bağışlaması üçün Allaha dua etdim. Allahın onu qəbrində nemətləndirməsi üçün dua etdim. Və birdən özümdən bunu soruşdum:
-“Əgər mən ölsəydim? Sonum nə cür olacaqdır?
Üstümə bir qorxu çökdü və bu suala cavab belə axtarmadan yerimdən qalxdım.
“Allahu Əkbər, Allahu Əkbər” Sübh azanı.. Fəqət bu dəfə nə qədər şirin.. Bir hüzur və rahatlıq hiss etdim. Müəzzinin dediklərini bir-bir təkrarladım. Sevinirdim.. Axı Allahu təalə mənə rəhm edib, möhlət vermişdi. Sübh namazına qalxdım və hüzur içində namaz qıldım.
Daha öncə bacımın qıldığı və onun son namazı kimi…

Daha səhər açıldıqda axşamı gözləmirəm, axşam olduqda isə səhərə çıxacağımı düşünmürəm…

———-
islamevi.az

Bənzər Məqalələr