GÜNAHLAR – FACİӘ DEYİL, QURTULUŞUN OLA BİLӘR!..
İnsan, hәqiqәtәn zәif bir mәxluqdur. Onun bu zәifliyi, günahlar etmәsinә sәbәb olur. Günahlar isә, bәzәn insanın Allahdan uzaqlaşma bataqlıqlarına düşmәsinә, bәzәn isә bir çox xeyirlәrә nail olmasına gәtirib çıxara bilәr. Bәli, bәli! İnsanın günah etmәsi, bәzәn onun bir çox xeyirlәrә müvәffәq olmasına sәbәb ola bilәr. Günahından sәmimi şәkildә tövbә edәcәk, peşman olacaq, Allah onu bağışlayacaq vә hәmin insan bundan sonra Rәbbindәn hәya edәrәk bir daha o günahlara düşmәyәcәk.. Әksinә, Allah’a daha da yaxınlaşaraq, bol-bol xeyirli әmәllәr etmәyә başlayacaq vә belәliklә, etmiş olduğu bu günah — onu necә-necә xeyirlәrә müvәffәq edәcәk.. Bu sәbәblә, günahkar insanı tәrk edib, onu qınamaq düzgün bir şey deyildir! Çünki, günahkar insanın Rәbbinә dönәrәk, tövbә edәrәk tökdüyü göz yaşları, insanlara göstәriş üçün edilmiş saysız-hesabsız әmәldәn Allaha daha sevimlidir!..
Dahi alim İbn Qayyim (Allahın ona rəhmət etsin) bu mövzuda belә buyurmuşdur:
“Әgər Allah, qulu üçün xeyir diləyərsə, onun üçün tövbə, peşmançılıq, boyun əymə, acizliyi hiss etmə, ehtiyac içində olduğunu anlama, Allahdan kömək istəmə, Ona səmimi olaraq sığınma, Ona davamlı yalvarma, dua etmə, (Allahın onun üçün yaratdığı yaxşı əməllər etməklə —) Ona yaxınlaşma kimi – xeyir qapılarını açar. Beləliklə onun o pis əməli, Allahın mərhəmətinə səbəb olar.. Buna görə də Allahın düşməni (şeytan) deyər:
“Kaş ki, onu tərk edərdim və buna səbəb olmazdım.”
Bu, bizdən öncə yaşamış xeyirli insanlardan birinin dediyi “Bəzən bəndə günah edər və Cənnətə daxil olar; bəzən isə yaxşı əməl edər və Cəhənnəmə daxil olar” – sözlərinin mənasıdır. Ondan soruşdular: “Axı bu, necə mümkündür?” Dedi: “Günah əməl edir və qorxaraq, yazıq halda, ağlayaraq, peşmanlıq çəkərə və Uca Rəbbindən utanaraq, başını aşağı əyər.. Qəlbi qırılmış halda gözlərini dikib durar.. Beləliklə də həmin günah, qulun xoşbəxtliyi və qurtuluşu üçün elə bir səbəbə çevrilər ki, sonda bu günah – onun üçün bir çox (Allaha) itaət əməlindən faydalı olar..” (əl-Vabil əs-Sayyib min əl-Kələm ət-Tayyib”, səh. 20)
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!