Uca Allah, öz qövmünә qarşı sәbirsizlik edәn Yunus peyğәmbәri, buna görә qınamış, digәr peyğәmbәrlәrini isә, sәbir vә dua etdiklәrinә görә tәriflәmişdir. Allahu-Tәala Muhәmmәd peyğәmbәrә (ona Allahın salamı olsun) xitab edәrәk belә buyurur:

 

«Sən Öz Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus peyğəmbər) kimi olma. O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq dua etmişdi.» (Nun, 48)

 

Allah-Tәala Әyyüb peyğәmbәri «…Mənə bəla üz verdi. Sən rəhmlilərin ən  rəhmlisisən!»  (Әnbiya, 83) -deməsinə  görə, Yaqubu «…Mən dərd-sərimi yalnız  Allaha ərz edirəm…» (Yusif,  86) -deməsinə görə, Musanı da: «Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!» (əl-Qəsəs,  24) -deməsinə görə tərifləmişdir.

 

Peyğəmbərimiz: “İlahi! Qüvvətimin zəiflədiyini, çarəsiz qaldığımı ancaq Sənə ərz edirəm” – deyərək şikayət etmişdir. Buna görə, Allah’a edilən şikayət, səbrə  zidd deyildir. Çünki bu şikayət, qulun öz dərdini yalnız Allaha ərz etməsindən ibarətdir. Şikayətin yalnız Allaha ərz olunması isə, elә səbrin özüdür. Uca Allah, şikayətini, yalvarmasını və duasını dinləmək üçün quluna dərd və bəla verir. Belə ki, Allah-Tәala, müsibət və bəla zamanında Ona boyun əyərək yalvarmayanları məzəmmət edərək:

«Biz, həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar» (Muminun, 76) – buyurmuşdur.

 

Bәndә, Allaha qarşı ‘igidlik’ göstərmək üçün çox zəifdir. Uca Allah, qulunun O’na qarşı özünü igid kimi göstərməsini deyil, əksinə, boyun əyərək yalvarıb-yaxarmasını istəyir. Uca Allah qulunun öz dərdinə görə insanlara şikayət etməsinə qəzəblənərək, Özünə şikayət etməsini istəyir.

 

Salehlərin birindən: “O’na heç bir şeyin  gizli qalmadığı (hәr şeyi onsuz da bildiyi) halda, Allah’a niyә şikayət edirsən?» – deyə soruşulduqda o: “Rəbbim, qulun O’na (Allaha) baş əyməsini sevir” – deyə cavab vermişdir..

 

Dahi alim İbn әl-Qayyim, “Uddәtus-Sabirin”.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı