Dərdini Allaha şikayət etmək səbrə ziddirmi?
Uca Allah öz müqəddəs kitabında öz yolunda sabitqədəm olmaq yolunda və çətinliklərə qarşı gözəl şəkildə səbr etməyi əmr etmişdir. Bununla yanaşı, insanların təqsirlərindən keçərək, gözəl şəkildə əfv etməyi, habelə xeyirsiz şeylərdən gözəl şəkildə uzaqlaşmağı əmr edir. Böyük alim Təqiyyuddin Hərrani belə demişdir:
Gözəl şəkildə səbr etmək – daxilində və bərabərində bərabər şikayətin olmadığı səbrdir. Gözəl şəkildə əfv etməyə gəlincə. o – azarlamadan edilən əfv və bağışlamaqdır. Gözəl şəkildə uzaqlaşmaq isə, əziyyət vermədən uzaqlaşmaqdır.
Bilmək lazımdır ki, Allaha şikayət etmək – səbrə zidd deyildir. Yaqub peyğəmbər, ən çox sevdiyi oğlu olan Yusifi illərlə xəbərə ala bilməyəcək şəkildə itirdikdə, bu müsibətə gözəl şəkildə səbr edəcəyinə dair söz vermişdi. Əgər Allah elçisi bir şeyə söz verərsə, verdiyi söz və vədə əsla xilaf çıxmaz. Belə demişdi:
“Mən dərdimi və hüznümü yalnız Allaha ərz/şikayət edirəm.” (Yusuf, 86)
Ağır xəstəliyə tutulmuş Əyyub peyğəmbər də eyni şəkildə davranmış və bu səbr bəyənilərək birbaşa Uca Allah tərəfindən bütün insanlar üçün bir xəbər vermişdir
“Bir zaman o, Rəbbinə yalvarıb demişdi : ‘Mənə həqiqətən də bəla düçar olubdur. Sən rəhimlilərin ən rəhimlisisən.” (Ənbiya, 83)
Səbrə zidd olan şikayət – dərdini Allaha ərz/şikayət etmək yerinə, Allahı kiməsə şikayət etməkdir. Saleh kəslərdən biri yoxsulluq və çətinlikdən başqa birinə şikayət edən insana deyir:
“Ey filankəs! Sənə mərhəmət edəni (Allahı) sənə mərhəmət etməyənə (adi bir insana) şikayət mi edirsən?!” Sonra bu şeiri oxudu:
Başına bir bir bəla gəldiyi zaman,
şərəfli kəslərin səbrilə səbr et.
Məxluqa şikayət etdiyin zaman,
bil ki, rəhmsizə dərdlənəcəksən.
Dahi alim İbn Qayyimin Mədəricus-Səlikin adlı əsərindən istifadə olunmuşdur (2/160).