media-img_9662

“Onlara dünya həyatını misal çək. Bu (dünya həyatı) göydən göndərdiyimiz suya bənzər.” (Quran, 18/45)

 

Müdriklər belə demişlər:

“Uca Allah dünyanı suya bənzətmişdir:

  • Çünki, su öz yerində qərar tutmur. Dünya da, (daimi olaraq eyni) bir halda qalmır.

  •  Su axıb gedir, qalmır. Dünya da, fanidir və qalıcı deyildir.

  • Heç kim suyun altına girib, islanmamağa qadir deyil. Eynilə də, heç bir kəsin dünya fitnəsindən və sıxıntısından salamat qalması mümkün deyildir.

  • Su – yalnız öz qədərində olarsa faydalı və yararlı olur. Lakin, lazımi miqdarı keçərsə zərərli və həlakedici olmağa başlayır. Dünyanın insana yetəcək qədəri onun üçün faydalı, qədərindən artığı isə zərərlidir.”

 

الجامع لاحكام القرآن للقرطبي 412/10 (Qurtubi Təfsiri)

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı