1. Əgər şəhvət bəlasına düçar olmusansa, o zaman namazlarına diqqət et. Onlarda naqislik və boşluqların var.

“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar).” (Məryəm, 59).

Deməli, Allaha edilən ən əsas şükr və ən önəmli ibadət olan namaza qarşı laqeyd yanaşmaq – şəhvət xəstəliklərinin də yaranmasına səbəbdir.

 

2. Əgər sərtlik və əxlaqi keyfiyyətlərində naqislik olduğunu, həmçinin xeyirlərə müvəffəq olmadığını hiss edirsənsə, valideynlərinlə olan münasibətlərinə nəzər sal, düzəlt və daha da yaxşılaşdırmağa çalış.

“O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!” (Məryəm, 32).

Deməli, anaya qarşı gözəl davranış, qəlbi xəstəlik və əxlaqi keyfiyyətsizliklərin müalicə olunaraq, sağalmasına səbəbdir.

 

3. Əgər həyatında üzüntü və sıxıntılar bitmək bilmirsə, Quranla olan əlaqələrinə fikir ver.

“Hər kəs Məni yad etməkdən (zikrdən / öyüd-nəsihətimdən / Qurandan) üz döndərsə, güzəranı daralar (sıxıntılı olar)..” (Taha, 124).

 

4. Əgər haqqın üzərində sabit qala bilmirsənsə, o zaman sənə edilən nəsihətlərə əməl etməyi unutma.

“..Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı (imanda sabitlik baxımından daha möhkəm qalardılar).” (Nisa, 66)

 

www.islamevi.az

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı