Dost – insan üçün çox lazımlı bir varlıqdır. Lakin, bir çoxumuz, bu fəxri ad’ı, ona layiq olmayan – yəni, əslində heç dost sayılmayacaq şəxslərə verə bilirik.. Həyatımızda xüsusi yer ayırdığımız insanları kiçicik bir süzgəcdən keçirmək, çox yararlı olacaqdır.

 

Dostlar üç növ olur:

 

1. Mənfəət dostu. O, səninlə malından (pulundan), mövqeyindən və s. yararlanmaq üçün yoldaşlıq edir. İstifadə etdiyi fayda bitdikdən sonra isə sənin düşməninə çevriləcəkdir; sanki nə o, səni tanıyır, nə də sən onu. Belə “dost”lar necə də çoxdur.. Həmçinin səndən mənfəət uman dostlar da çoxdur: “Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər.” (Tövbə, 58). Məsələn, xətrini çox istədiyin dostun haqqında düşünürsən ki, o da sənin barəndə eyni fikirdədir. Amma bir dəfə oxumaq üçün kitabını istəyir.. Ona “Allaha and olsun ki, bu kitab sabah mənə lazımdır.” – desən, səndən inciyəcək və düşmənçilik edəcək.. Məgər beləsi dost hesab edilə bilərmi? Belə dost yalnız mənfəət dostu adlanır.

 

2. Ləzzət dostu. Səninlə ünsiyyət və söhbət etmək ona ləzzət verdiyi üçün dostluq edir. Lakin, həqiqətdə münasibətlərinizdə heç bir fayda yoxdur: nə o, sənə xeyir verir, nə də sən ona. Belə dostluq vaxt israfından başqa bir şey deyildir. Vaxtı belə boş yerə sərf etməkdən çəkinmək lazımdır.

 

3. Həqiqi dost. Belə dost sənə sanki bəzək verir.. Səni ucaldır və səni alçaldan hər bir şeyə mane olur, xeyir qapılarını sənin üzünə açır. Əgər xəta etsən, o, səni xətandan ləyaqətini alçaltmayacaq tərzdə çəkindirəcəkdir. Bax, bu həqiqi dostluqdur.

 

Böyük İslam alimi Məhəmməd Saleh’in “Şərh hilə talibul-ilm” (s. 102) adlı əsərindən istifadə olunmuşdur.

 

 

www.islamevi.az

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr