KƏBƏ’NİN AÇARLARINI – MÜSƏLMAN OLMAYAN BİRİSİNƏ TƏSLİM EDƏN ƏDALƏTLİ BİR DİN..
Mәşhur olan rәvayәtә görә, Mәkkә’nin fәth olunduğu gün, Allahın elçisi (ona vә ailәsinә Allahın salamı olsun) Mәkkә’yә daxil olduğu zaman, Kәbә’nin açarı әnәnәvi olaraq Mәkkә müşriklәrindәn olan Osman b. Talha’da idi. O, qapını bağlayaraq, ‘Allahın elçisi olduğunu bilsәydim, açarı sәnә vermәkdәn boyun qaçırmazdım’ deyәrәk, açarı Peyğәmbәrimizә tәslim etmәkdәn imtina edirdi. Hz. Әli (Allah ondan razı olsun) dә, açarı Osman’ın әlindәn alaraq qapını açmış vә Allahın elçisi (ona vә ailәsinә Allahın salamı olsun) Kәbә evinә daxil olaraq, orada iki rükәt namaz qılmışdı. Oradan çıxdığı zaman, әmisi Hz. Abbas (Allah ondan razı olsun), açarın ona (Abbas’a) verilmәsini vә belәliklә, әvvәlki vәzifәsi olan Zәm-zәm suyunu hacılara paylanması, Kәbә qapıçılığı vәzifәlәrinin birlәşdirilәrәk, ona (Abbas’a) verilmәsini Peyğәmbәrdәn istәdi. Bunun üzәrinә aşağıdakı ayә nazil oldu:
“Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.” (Nisa, 58)
Bu sәbәblә, Peyğәmbәrimiz (ona vә ailәsinә Allahın salamı olsun), açarları Osman’a geri qaytarmasını vә ondan üzür istәmәsini Hz. Әli’yә әmr etdi. Әli b. Әbu Talib (Allah ondan razı olsun) dә, açarları geri qaytarıb üzür istәyincә, Osman ‘Mәnә әziyyәt verdin, indi dә gәlib (xәtanı) düzәltmәyә çalışırsan’ – dedi. Hz. Әli dә ‘Sәnin haqqında Uca Allah ayә endirdi’ deyәrәk, hәmin ayәni oxudu. Bunun üzәrinә dә Osman, dәrhal şәhadәt kәlmәlәrini deyәrәk İslam dinini qәbul etdi..
(Tabәri vә bir çox digәr müfәssir, bu tәfsiri nәql etmişlәr)
Bu ayә, nazil olduğu sәbәblә birlikdә, әmanәtlә bağlı olan bütün mәsәlәlәrә dә şamil olunur. Bütün bunlar, İslam dininin әmanәt mәsәlәsinә necә dә ciddi şәkildә önәm verdiyini bir daha ortaya qoymuş olur. Әmanәtin sahibi kimdirsә, -istәr müsәlman olsun, istәr qeyri-müsәlman olsun- ona da tәslim olunmalıdır.
Әlavә mәlumat olaraq qeyd edәk ki, Kәbә qapıçılığının (açarın daşınması vәzifәsinin) hәmişәlik olaraq Osman’ın nәslindә qalması haqqında da Peyğәmbәrimizә vәhy enmişdir. Sonra Osman, Mәkkә şәhәrini tәrk edәrkәn, açarı öz yaxını olan Şeybә’yә verdi – ki – bu günümüzә qәdәr dә Kәbә evinin açarları, Şeybә’nin nәvәlәrindәdir..
İslam’ın ədalət prinsipi – müsəlman və qeyri-müsəlman arasında fərq qoymayacaq və öz dinindən olmayana, öz ən müqəddəs əmanətinin açarlarını verəcək dərəcədə mükəmməldir.
Ayxan Yaquboğlu