Ev nemətinə görə şükür | zikr
Müsəlman şəxs, yaşadığı evin qədrini bilməli, onu viran qoymamalı və bu böyük nemətə görə Rəbbinə daim şükürlər etməlidir. Peyğəmbərimiz (ona salam olsun) hər gecə yatağına girdiyi zaman dua edib deyərdi:
(( ﺍﻟْﺤَﻤْﺪُ ﻟﻠﻪِ ﺍﻟَّﺬِﻱ ﺃَﻃْﻌَﻤَﻨَﺎ ﻭَﺳَﻘَﺎﻧَﺎ، ﻭَﻛَﻔَﺎﻧَﺎ، ﻭَﺁﻭَﺍﻧَﺎ، ﻓَﻜَﻢْ ﻣِﻤَّﻦْ ﻻَ ﻛَﺎﻓِﻲَ ﻟَﻪُ ﻭَﻻَ ﻣُﺆْﻭِﻱَ ))
Transk: “Əlhəmdulilləhil-ləzi ət’amənə va səqaanə va kəfəənə va əvanə, fəkəm mimmən lə kəəfiyə ləhu va lə mu’viyə!”
Tərcümə: ‘Bizi yedirdən, içirdən, qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun! Neçə-neçə insanlar vardır ki, onların nə bir qoruyanı, nə də bir sığınacaq verəni vardır!’
Mənbə: Səhih Muslim, 2715
www.islamevi.az