Әxlaq – insanın zinәtidir. Әxlaqsız, әdәbsiz insan, lüt bir insan kimidir, ona dәyәr verәn, hörmәt sahib edәn – gözәl әxlaqıdır. Hәyatda hәr bir şeyin olduğu kimi, әxlaqın – insani vәsflәrin dә öz sәrhәdlәri, kәnar xәtlәri mövcuddur.

ӘXLAQ`ın öz sərhədləri vardır. Nə vaxt bu sərhədlər aşılacaq olsa, düşmənçilik hissləri baş qaldırar. Nə vaxt əksinə, əxlaqdan əsirgəmələr olsa, o zaman isə, (davranışlarda) naqislik baş qaldırar..

QӘZӘB`in də, bir sərhədi var. O — təriflənmiş qəhrəmanlıq duyğularından xilas olmaqdır. Məhz bu, şübhəsiz ki, qəzəb`in nə qədər naqis bir hissiyyat olmasını isbat edir. Qəzəblənmiş kimsə əgər sərhədi aşacaq olsa, həddi aşar və zalımlaşar. Әgər qəzəbini tamamilə ortadan qaldırsa, bu təqdirdə isə, qorxaqlaşar və rəzilliyə düçar olar..

ÇALIŞQAN olmanın da bir sərhədi vardır. Bu isə, o deməkdir ki, artıq dünya işləri yolunda gedir və arzu edilənlər əldə edilib. Nə vaxt ki, bundan bir şey azalacaq olsa, o təqdirdə uğursuzluq və hədəflərin puç olması ortaya çıxar. Nə vaxt bu çalışqanlıq həddindən artıq çoxalarsa, o zaman, acgözlük və təriflənməyən şeylərə rəğbət duyğusu meydana gələr..

HӘSӘD`in də, sərhədi vardır. Bu da, (nəyisə) tam əldə etmək üçün yarışmaq və həsəd etdiyindən daima öndə olmağı arzulamaqdır. Nə vaxt bu sərhədi aşsa, o zaman zülm və həddi aşmaq təhlükəsi ortaya çıxar. Hətta, həsəd etdiyi kimsənin mal-dövlətinin yox olmasını arzu edər, ona əziyyət vermək arzusuyla alışıb-yanar. Nə vaxt bu sərhəddən bir şey azalacaq olsa, o zaman vəziyyət tamamilə dəyişər — bu nәfsi düşüncəsi zəifləyər və nəfsi kiçilər..

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) belə buyurur: «..Həsəd ancaq iki kimsəyə edilər.. Bir adama ki, Allah ona mal vermişdir; o da bu malı haqq yolunda xərcləyər.. və bir adama ki, Allah ona elm bəxş etmişdir və həmin adam bu elmlə əməl edər və onu insanlara öyrədər..» (Buxari 73,  Muslim 817)

Məhz bu, həsəd edən kimsənin, həsəd duyduğu kimsə kimi olmağı arzu edib, onunla yarışdığı həsəd növüdür. Həsəd edən kimsənin, həsəd etdiyi kəsdə gördüyü (və özü üçün arzu etdiyi) şeyin tələf olmasını diləməsi, onun zillətini göstərir. Yuxarıdakı hədisdə bildirilən həsəd növü isə, bununla əlaqəli deyildir..

ŞӘHVӘT`in də, bir sərhədi vardır. Bu – qəlb və ağlın, (Allaha) itaətin çətinliyindən rahatlaması və yüksək məqama çataraq, fəzilətləri qazanmasıdır. Nə vaxt bu sərhəd aşılsa, o zaman insan acgöz və heç bir şeydən doymaz olar. Bunun nəticəsində bu kimsə, heyvanların səviyyəsinə qədər enər. Nə vaxt bu sərhəddən bir şey azalacaq olsa, o təqdirdə zəifləyər, acizləşər və zəlil olar..

RAHATLIĞ`ın da, bir sərhədi vardıe. Bu — nəfsin rahatlaması, idrak etmə qüvvətini qazanması, yerinə yetirə bilmə gücünə sahib olması və bu istiqamətdə hərəkət etməsidir. Bu sərhəd qorunarsa, yorğunluq və (onun) əlamətləri olduqca zəifləyər. Nə zaman bu sərhəd aşılsa, tənbəllik ortaya çıxmaqla, insanın bir çox faydalı işlərini məhv edər. Nə vaxt bundan bir şey azalacaq olsa, gümrahlığı zəiflədərək yorğunluğu gücləndirəcək bir fəsad ortaya çıxar və hətta onu tamamilə məhv edə bilər. Eynilə əliverişsiz bir ərazidə olduğu kimi. Nə qazılmağa münasib bir torpağı, nə də üzərində tərəvəz və bitkilərin yetişəcəyi bir münbitliyi vardır..

CÖMӘRDLİY`in də, iki yönlü olaraq bir sərhədi vardır. Nə vaxt sərhədi aşsa, israf və bədxərclik baş qaldırar. Nə vaxt ondan bir şey azalacaq olsa, o təqdirdə xəsislik ortaya çıxar..

QӘHRӘMANLIĞ`ın da, bir sərhədi vardır. Nə vaxt bu sərhədi aşsa, hər bir canlıya ziyan vurmaq təhlükəsi ortaya çıxar. Nə vaxt ondan bir şey azalacaq olsa, qorxaqlıq meydana gələr. Bunun sərhədi isə, önə keçiləcək yerlərdə önə keçmək, təhlükəli yerlərdə isə, dayanmaqdır.

Müaviyə`nin  (Allah ondan razı olsun) Amr bin As`a (Allah ondan razı olsun) dediyi kimi: «Mənə kömək et ki, bilim — sən qəhrəmansan yoxsa qorxaq.. Önə keç, mən də sənin haqqında «İnsanların ən qəhrəmanı» deyim.. vəya qorxaq olduğunu etiraf et ki, sənin haqqında «İnsanların ən qorxağı» deyim..» Amr bin As (Allah ondan razı olsun) isə, belə cavab verdi: «Vəziyyətə görə qəhrəman, vəziyyətə görə qorxaq..»

İNSANLARDAN UZAQ DURMA`nın da, bir sərhədi var. Әgər bu sərhəd aşılacaq olsa, (“bizdәn niyә uzaq durur” -deyә) pis zənn ortaya çıxar. Әgər ondan bir şey azalacaq olsa, o zaman da bәzәn aradakı “pәrdәnin” qalxmasına, yersiz zarafatlara, bir sözlә – həyasızlıq əlamətləri ortaya çıxar..

TӘVAZÖKAR`lığın da, sərhədi vardır. Bu sərhəd aşılacaq olsa, yazıqlıq vә zillәt ortaya çıxar. Nə vaxt ki ondan bir şey azalacaq olsa, qürur və öyünməyə doğru gedər..

GÜC VӘ İZZӘT`in də, bir sərhədi vardır. Sərhəd aşılacaq olsa, qürur və qınanmış, bəyənilməyən bir əxlaqa çevrilər. Әgər azalsa, mənliyin alçalmasına yönələr..

İŞLӘRİN ӘN XEYİRLİ OLANI — ORTA YOLLU OLANIDIR. Bunun qaydası və ölçüsü – ədalətdir. Bu, ifrat və təfridə düşmədən, VASAT (orta yollu) olanı əldə etmək deməkdir. Lüğət alimləri “VASAT” sözünü əsas olaraq iki məna ilə izah edirlər:

1. Әdalətli,

2. Әn xeyirli.

Bu iki məna, bu sifətin olduqca kamil olmasını isbat edir. Orta yol — ən ədalətli və ən xeyirli yoldur. Uca Allahın insanları “Vasat” (orta yolu seçən) olmağa çağırması da, bu səbəbdəndir.

Şübhəsiz ki, dünya və axirət faydalarını əldə etmək, yalnız bu yolda olmaqla mümkün ola bilər. Bədənin sağlam olması da, yalnız bununla (orta yol ilə) ola bilər. Çünki, nə vaxt insanın bədənindən bəzi əlamətlər azalacaq olsa, o ölçü nisbətində, həmin kimsənin səhhət və qüvvətində naqisliklər ortaya çıxar.

Məsələn; yuxu, yorğunluq, yemə-içmə, cinsi әlaqә, gəzmək, idmanla məşğul olmaq, tək qalmaq və insanlar arasında olmaq və s. Bəyənilməyən hər iki istiqamətə də getməməklə, bu iki yol arasında qalıb orta yolu tutularsa, bu – ədalət olar. Әgər bu bəyənilməyən iki istiqamətdən (ifrat-təfrid) birinə yönələrsə, yalnız naqis olan əməllər ortaya çıxar və peşmanlıqla nəticələnər..

ŞÜBHӘSİZ Kİ, ELMLӘRİN ӘN ŞӘRӘFLİ VӘ ӘN FAYDALI OLANI — SӘRHӘDLӘRİ BİLMӘKDİR.. Xüsusilə də, dinimiz olan İslam`da əmr olunan və qadağan edilən şeylərin sərhədini bilmək.. İnsanlar arasında ən savadlı olanlar, şübhəsiz ki, bu sərhədləri ən yaxşı bilənlərdir. O elmә sahib olmayanlar, tutmuş olduqları bəyənilməyən istiqamətlərdən dönməyənə qədər ora girə bilməzlər və o elmә sahib olanlar da, Allahın izni ilə oradan çıxa bilməzlər. Bu elmdən məhrum olmağın səbəbi isə, günahlardır..

Şübhəsiz ki, insanların ən ədalətli olanı — istər məlumat, istərsə də əməl baxımından, əxlaqın, xeyirli əməllərin və düzgün qanunların sərhədlərini bilənlərdir..

Müvəffəqiyyət Allahdandır..

Bu yazıda “әl-Fәvaid” adlı kitabdan istifadә olunmuşdur.

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı