EY ALLAHIM!
“Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz)”. (Rəhman, 29).
Rəbbimizi, Onun mərhəmətini, bizi çox sevdiyini və bizim Ona necə möhtac olduğumuzu necə də unuduruq.. Halbuki, dənizdə dalğalar yüksəldiyi, fırtınalar qopduğu zaman gəmidəkilər “Allahım, Allahım!” – deyə nida edərlər..
Bəla və müsibətlər gəldiyi zaman, fəlakətə düçar olmuşlar “Allahım, Allahım!” – deyə nida edərlər..
Bütün qapılar bağlandığı, pərdələr çəkildiyi zaman əllərini açanlar “Allahım, Allahım!” – deyə nida edərlər..
Çarələri qalmayanlar, yolları daralanlar, ümidləri tükənənlər və ipləri qopma nöqtəsinə gələnlər “Allahım, Allahım!” – deyə nida edərlər..
✔ Dünya sənə dar gəldiyi, için sıxıldığı zaman SƏN DƏ “ALLAHIM, ALLAHIM” – deyə nida et!.. Necə də gözəl demişlər:
“And olsun, Səni yad etdim vəziyyət çox pis ikən,
Həyatımın üzü də qap-qarayla bağlı ikən.
Adınla səsləndim mən hər gün fəryad edərək,
Səhər güldü üzümə, birdən-birə anidən..”
Gözəl bir kəlmə, könüldən edilmiş bir dua, səmimi bir səsləniş, məsum bir göz yaşı, hüzn dolu bir inilti, mütləq O’na doğru yüksələr..
Səhərlər ovuclar, ehtiyac anında əllər Ona doğru açılar; sıxıntı zamanı gözlər O’na dikilər; bəlalar zamanı hər şey O’na ərz edilər.. Dillər O’nun adını zikr edər, Ondan mədət umar, O’na yalvarar.. Qəlblər, Onu anmaqla rahatlaşar, ruhlar Onunla sükunət tapar..Duyğular və əsəblər Onunla sakitləşər, ağıl Onunla geri qayıdar, iman Onunla güclənər..
“Allah Öz bəndələrinə çox lütfkardır..” (Şura, 19).
ALLAH: isimlərin və hərflərin ən gözəli, kəlmələrin ən doğrusudur..
“..Heç Ona bənzərini görmüsənmi?” (Məryəm, 65).
ALLAH: lütf, yardım, mədət, sevgi, bəxşiş deyərkən ağıllara dərhal O gəlir..
“Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!” (Nəhl, 53).
ALLAH: zənginlik, sonsuzluq, izzət, qüdrət, yardım və hikmət deyildikdə ağıllara gələn yalnız Odur..
“..(Allah qiyamət günü buyuracaq: ) “Bu gün hökm kimindir?” (Heç kəsin qımıldanmağa belə cürəti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!” (Ğafir, 16).
Allahım! Kədər yerinə təsəlli, üzüntü yerinə sevinc və qorxu anında güvən ver! Qəlblərdəki acıları, Sənə inam qarlarıyla sərinlət, ruhlardakı atəşi iman suyu ilə söndür!
Allahım! Yuxusuz gözlərə güvənli bir rahatlıq, narahat qəlblərə sükunət bəxş et! Ey Rəbbimiz! Çaşqınlığa düşmüş bəsirət sahiblərini Öz nuruna, yolunu itirmişləri yoluna, azmışları isə hidayətinə yönəlt!..
Allahım! Nurunla vəsvəsələri apar, batilə yuvarlanmış vicdanları Öz haqq ordularınla yox et, şeytanın hiylələrini müzəffər əsgərlərinin dəstəyilə boşa çıxar!
Allahım! Qəlblərimizdən hüznü, narahatlığı çıxarıb at! Qorxudan yalnız Sənə sığınır, sadəcə Sənə təvəkkül edir, yalnız Səndən istəyir, Səndən yardım diləyirik.. Sən bizim hami’miz, Sən bizim Rəbbimizsən..
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!