“Kim özündə, malında və ya qardaşında xoşladığı bir şey görərsə, o zaman onun bərəkətli olması üçün dua etsin. Həqiqətən, gözdəymə haqdır!” (Hz. Muhəmməd ﷺ, Buxari)
“Kaş ki bağına girdiyin zaman: “MəşəAllahu Ləə Quvvatə İlləə Billəh! (Maşallah! Qüvvət yalnız Allaha məxsusdur!)”– deyəydin!” (Quran, 18/39)
Məşhur alim İbn Kəsir bu ayənin təfsirində buyurub: “Sələfdən (öncə yaşamış müdriklədən) bəziləri belə deyib: “Əgər özündə, övladında və ya malında onu təəccübləndirən və xoş gələn bir şey görsə: “MəşəAllahu Ləə Quvvatə İlləə Billəh” desin. Bu həm də sünnə (Peyğəmbərimizinsözləri) ilə sabitdir. Necə ki, Hafiz Əbu Yə’lə “Musnəd” əsərində Ənəs b. Malik yolu ilə Allahın elçisinin belə buyurduğunu nəql edib: “Əgər Allah bir qulu əhli, malı və övladı ilə onu nemətləndirərsə “MəşəAllahu Ləə Quvvatə İlləə Billəh” desin! Çünki bizə bunu ayə əmr edir”
Saleh Useymin belə buyurur:
“Əgər biriniz ailəsində, malında və övladında ona gözəl görünən və təəccübləndirən bir şey görərsə, “MəşəAllahu Ləə Quvvatə İlləə Billəh”. Bu halda Allah onun ailəsinə də, malına da, övladına da bərəkət verəcək.” (Fətava Nurun aləd-Darb)
Bütün bunlar onu göstərir ki, göstərilən ayə, Ənəsin hədisi, İbn Kəsir, Useymin və digər alimlərin qeyd etdiyi “MəşəAllahu Ləə Quvvatə İlləə Billəh” duası, hədisdə bildirilən bərəkət duasıdir.
Bir insanı tanımaq üçün təkcə onun bizə necə gülümsədiyinə, deyib-gülməyinə, əyləncəli adam olmasına deyil, başqalarına necə qaş çatdığına, düşmənlik etdiyi zaman etdiyi hərəkətlərə, davranışlarına və etdiyi zarafatlardakı həddə diqqət etmək […]
Şəkildə Tacikistanın Zərəfşan vadisində yerləşən Pəncikəntdə aparılmış arxeoloji qazıntılar vaxtı aşkar edilmiş, üzərində “Soge-Siyavuş” mərasimini təsvir edilən freskalardan birini görürsünüz. İranda uzun əsrlər boyu “Soge-Siyavuş” (سوگ سياوش) yaxud “Siyavuşan” (سياوشان) […]