Çünki bu cür insanların tənqid və həsəd etmələrinə səbir etdiyin üçün savab (mükafat) qazanacaqsan. Onlara fikir verməməklə əsəblərini qorumuş olacaqsan. Bununla yanaşı bilməlisən ki, paxıllıq insanın dəyərinə görədir. Heç ölmüş it leşinə yaxın duran birisini gördünmü?.. Dəyərsiz insanlara paxıllıq və həsəd edən də olmaz..

 

Ədiblərdən biri gözəl demişdir:
“Üstün şəxslər həsədlə qarşılaşarlar daima,
Dəyərsiz insanlara həsəd edənləri görməzsən.”

Bir başqa belə demişdir:
“İgidin şanı göylərə çatınca,
Düşmənləri olar ulduzlar sayınca.
Hər uğuru hədəf olar iftira oxlarına,
Çata bilməzlər onun əldə etdiyi uğura.”

 

Rəvayətlərə görə, Hz. Musa (Allahın salamı olsun) insanların dilindən qurtulmaq üçün Allaha dua etmişdi. Uca Allah belə buyurdu: “Ey Musa, bu istəyin yerinə yetməyəcək. Çünki Mən onları yaradıb ruzi verdiyim halda, Mənə qarşı belə nankorluq edirlər.”

 

İnsanların Allaha qarşı olan nankorluğu haqda Peyğəmbərimiz belə buyurmuşdur: Uca Allah buyurmuşdur: “Adəm övladı zamanı söyməklə mənə əziyyət verir. Zamanı pisləyir, zaman isə Mənəm. Mən gecə və gündüzü bir-biri ilə əvəzləyirəm.” (Buxari).

 

Buna görə də, insanların sənə dil uzatmalarına mane ola bilməzsən. Sən yalnız yaxşılıq etməklə onların sözlərindən, boş və mənasız tənqidlərindən qoruna bilərsən. Uca Allah buyurmuşdur: “Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!”– deyərlər.” (Furqan surəsi, 63).

 

Doğru olan budur: Səni incidən söz və dedi-qodulara əsla cavab vermə. Çünki dözümlülük eyib və qüsurların üzərini örtür. Yumşaqlıq – bir izzət, susmaq – düşmənlərə sarsıdıcı zərbə, bağışlamaq isə, savab və şərəfdir. Əgər belə etsən, səninlə məşğul olanların yarısı öz dediklərini unudacaq, yarısı isə, sənə dil uzatmağı tərk edəcəklər. Beləliklə də, digər insanlar bu məsələdən xəbərdar belə olmayacaqlar. Bil ki, qarşılıq vermək məsələni qəlizləşdirməkdən başqa bir şeyə xidmət etmir.

 

Müdriklərdən biri belə demişdir: “İnsanların çörəyi azaldıqda səninlə-mənimlə məşğul olmazlar. Susuz qalmaları isə, ölümünüzü belə onlara unutdurar.” Yəni, insan hər nə qədər boş sözlərə fikir verməyə çalışmasa, həmin insanlar bir o qədər bu işlərdən yorulacaq və öz işləri ilə məşğul olacaqlar. Həmçinin, əgər insan, paxıllıq edənin sözünə heç əhəmiyyət verməsə, bu əziyyətdən tamamilə qurtulmuş olar. Çünki, insanları susdurmaq – mümkünsüzdür.

 

Şair gözəl demişdir:
“Oturub-durduğuna öz dərdini açma,
Çoxu həsədçidir bil və bunu unutma.”

 

Sözün özü: Hər danışana cavab verməyə deyil, susmağa çalış ki, başın dinc olsun.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı