Kitabımızı bu keçidlər vasitəsilə tam şəkildə endirə bilərsiniz:

DOC | PDF

 

P.S.

Müzakirə etdiyimiz məsələ ilə əlaqəsi olduğu üçün mühüm bir nöqtəyə işarə etmək istəyirik. Yazıdan da anlaşıldığı kimi ingilis qanununa əsasən 1285-ci ildən 1875-ci ilə qədər razılıq yaşı 12 idi, 1875-ci ildə bu hədd 13 yaşa qaldırıldı, cəmi 10 il sonra isə 16 yaşa çatdırıldı. Təbii ki, 10 il qızların həddi büluğa çatması, cinsi həyata hazır olmasına təsir etməyəcək qədər qısa bir müddətdir. Buna görə də bu dəyişikliyin səbəbini başqa yerdə axtarmaq lazımdır.

 

Səbəbini anlamaq isə asandır. Böyük Britaniya, sənaye inqilabının baş verdiyi, kapitalizmin və kapitalizmin inancı olan klassik liberalizmin yarandığı, güclü şəkildə inkişaf etdiyi ilk ölkədir. Klassik liberalizm (kapitalizm) isə daim var-dövlətin cəm olduğu mərkəzin və kasıbçılıq içində yaşayan periferiyanı yaradır. Bizim dövrümüzdə qərb liberalizmi bütün dünyaya yayıldığı üçün sənayeliləşmiş varlı qərb ölkələri mərkəzə, kasıb Afrika, Asiya ölkələri isə periferiyaya çevirilmişdir. 19-cu əsrdə klassik liberalizm Britaniyada pik nöqtəyə çatdığı zaman britaniya cəmiyyəti özü iki yerə bölünür: həddindən artıq varlı kapitalist təbəqə və həddindən artıq kasıb işçi təbəqəsi. Hamımız kinolarda və ya tarixi kitablarda 5-6 yaşlı uşaqların, hamilə qadınların uzun saatlar fabriklərdə çalışdığını görmüşük. Təbii ki, kasıbçılığın yayğın olduğu yerdə ac qalan qadınların bir qismi acından ölməmək üçün fahişəlik ilə məşğul olmağa məcbur olurlar, fahişəlik ilə məşğul olan qadınlar arasında yeniyetmə qızlar da olurdu.[1]

 

19-cu əsrin sonlarında Britaniya cəmiyyətində mənəvi böhranın qarşısını almaq üçün “Saflıq hərəkatı” (Purity movement) ərsəyə gəlsə də, fahişəlik ümumən cəmiyyətdə açıq aydın müzakirə edilmirdi. Bu hal Pall Mall Gazette`nin redaktoru W.T.Steadın ümumi olaraq “The Maiden Tribute of Modern Babylon” adlı məqalələrini dərc edənə qədər davam edir. Bu məqalələrdə Stead Londonun mərkəzində gənc (14 yaşdan aşağı) bakirə qızların satılmasını cinsi köləlik kimi vəsf edir və beləliklə ictimai qınaq yaranmasına səbəb olur, sonda parlamentin 1885-ci ildə razılıq yaşının 16-ya qaldırılması haqda qanun qəbul edilməsinə gətirib çıxarır.[2]

 

Amerikan cəmiyyətində də eyni səbəbləri müşahidə edə bilərik. Lakin tarixçi Mary E. Odem burada digər səbəbi də qeyd edir. Kapitalist quruluşu altında işçi sinfinə aid olan gənc qızların ailəsindən maddi müstəqillik qazandığı, işdən sonra ailəsindən və qonşuların nəzərindən uzaq olaraq rəqs klublarında, kinoteatrlarda gənc oğlanlarla görüşdüyünü və ailədənkənar cinsi həyat yaşadığını qeyd edir. Buna reaksiya olaraq Amerikada 1885-1920-ci illərdə razılıq yaşı qaldırılır.[3]

 

Həm Britaniya, həm də Amerika təcrübələrində maraqlı bir nöqtə vardır. “Saflıq hərəkat”larının başında feministlər, bəzən isə sekulyarlar olmasına baxmayaraq, cəmiyyətin ailədənkənar cinsi əlaqəyə və gənc qızların fahişəliyinə qarşı mənfi münasibəti Amerika və Britaniya cəmiyyətinin mənəviyyatını təşkil edən xristian mənəviyyatı dururdu.[4]

Bunu anlamaq çətin deyildir. İlk növbədə erkən liberalizmin bir çox görkəmli nümayəndəsi xristian olub.

 

İkinci məsələ isə budur ki, müasir liberal düşüncəyə görə gənc qızların ailədənkənar cinsi həyat yaşamasında heç bir sıxıntı yoxdur, bu onların təbii haqqıdır. Cinsi əlaqəyə məcbur edilmədikləri müddətdə ailə, cəmiyyət, dövlət onların şəxsi azadlıqlarını məhdudlaşdıra bilməz.

Buna görə də iyirminci əsrin ikinci yarısından biz liberalların tamamilə əks istiqamətdə çalışdığını görürük. Cəmiyyət 19-cu əsrin sonunda razılıq yaşının qaldırılması, ailədənkənar və homoseksual əlaqələrə qarşı idilərsə, bu gün razılıq yaşının azaldılması və homoseksual əlaqələrin qanunlaşdırılması liberalların əsas proqramına çevirilib.[5] Ailədənkənar cinsi əlaqədən isə söz belə açmırıq. Ən son araşdırmalarında isə hətta gənc oğlan uşaqların kişilərlə homoseksual əlaqədə olmasında oğlanların sağlamlığına nə fiziki, nə də mental zərər verilmədiyi nəticəsinə gəlib çıxıblar.[6]

 

Bütün bu dediklərimizdən iki nəticə çıxarırıq:

1) On doqquzuncu əsrin sonunda qəbul edilmiş razılıq yaşı qanunlarının əslini xristian mənəviyyatı təşkil edir, bu qanunlar sadəcə və sadəcə qızları qorumaq, cəmiyyətin mənəviyyatını mühafizə etmək üçün qəbul edilmişdir. Bu, bizə İslam alimlərindən birinin “dünyada var olan bütün xeyir nübuvvətlərdən qalan qalıqlardır” sözünü xatırladır.

2) Kapitalizmin və ya liberal düşüncənin qızları qorumaq ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, Allah Rəsuluna qarşı bu şübhəni əsasən ateist və ya liberallar tərəfindən atılmasını gözləyirik. Xristian və ya yahudi tarixində erkən evliliklərin sayı hesabı yoxdur. Ateistlərin bu cür şübhə ilə çıxış etməsi isə paradoksdur. Ateist dünya görüşünə görə ümumiyyətlə dünyada heç bir mənəvi dəyər yoxdur, mənəviyyatı əsaslandırmaq üçün heç bir ontoloji əsas yoxdur. Liberal dünya görüşü də həmçinin.

 

Bu gün doqquz yaşlı bir qız cinsi əlaqədə olmaq istədiyini deyərsə, bir liberal hansı haqla onun “azadlığına” mane ola bilər, qızın şəxsi həyatına daxil olmaq üçün hansı əsası gətirə bilər? Liberal inancına bağlı olan şəxs belə bir əsasın olmadığını etiraf etməlidir. Əgər liberal qızın öz məsləhətini bilmədiyini iddia edəcəksə, o zaman nəyə görə Aişənin evliliyində onun üçün nəyin daha xeyirli olduğunu qərarını Aişənin valideynlərinə həvalə etmək istəmir? Yoxsa nəyin xeyir, nəyin zərər olduğunu sadəcə liberallar bilir? İnancı belə olan insanlar hansı haqla Allah Rəsulunda eyib tuta bilirlər?!

 

[1] Klassik liberalizm haqqında məlumat almaq üçün bax: Andrew Heywood, 2017, Political Ideologies, An Introduction, London, Palgrave, pp. 54-106; Bellamy, R., Liberalism and Modern Society: An Historical Argument (1992); Fawcett, E., Liberalism: The Life of an Idea (2015); Gray, J., Liberalism, 2nd edn (1995); Kelly, P., Liberalism (2005).
[2] Walkowitz, J.R., 1992, City of Dreadful Delight: Narratives of Sexual Danger in Late-Victorian London, London: Virago pp. 81-134
Weeks, J. 1989, Sex, Politics and Society: The Regulation of Sexuality since 1800, second edition, London: Longman, p. 88
[3] Mary E. Odem, 1995, Delinquent daughters: protecting and policing adolescent female sexuality in the United States, 1885-1920, Norht Carolina University Press
[4] Mason, M.,1994, The Making of Victorian Sexual Attitudes (Oxford: Oxford UniversityPress); Mary E. Odem, 1995, Delinquent daughters: protecting and policing adolescent female sexuality in the United States, 1885-1920
[5] Matthew Waites, The Age of Consent pp. 119-158
[6] Bu araşdırmalar üçün bax: Sandfort, T., 1982, The Sexual Aspect of Paedophile Relations: The Experience of Twenty-five Boys, English edition (Amsterdam: Pan/Spartacus); Sandfort, T., 1982, The Experience of Boys in Paedophile Relationships, Amsterdam: Pan Spartacus; Yuill, R., 2004, Constructing a Radical Framework for Navigating the Contested Narratives on Male Age Discrepant/Intergenerational Sexualities and Relationships (MADIS), unpublished conference paper delivered to Irish Postgraduate Sociology Conference, Belfast, April

 

Bu yazı www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır.

Materiallardan istifadə zamanı istinad mütləqdir!

Bənzər Məqalələr