featured-image-946

Muaz bin Ənəsdən radiyallahu anhu gələn bir rəvayətə görə Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur: “Hər kim yemək yeyib sonra “əlhəmdulilləhilləzi ət`əməni həzəttəəmə və rəzaqanihi min ğayri havlin minni vələ quvvəh” (Heç bir güc və qüvvəm olmadan mənə bu yeməyi yedirən və onu mənə nəsib edən Allaha həmd olsun” söyləsə; hər kim paltar geyib və “əlhəmdulilləhilləzi kəsəni həzə`s-səvbə və rəzaqanihi min ğayri havlin minni vələ quvvəh” (Həmd heç bir güc və qüvvəm olmadan mənə bu paltarı geydirən və onu mənə nəsib edən Allaha məxsusdur) söyləsə keçmiş və gələcək günahları bağışlanır.

Şeyx Albani Sahihu`l-Camii`s-Sağirdə (hədis N:6086) və İrvau`l-Ğalildə (hədis N: 1989) həsən olduğunu qeyd etmişdir. Albani, İrvau`l-Ğalildə belə deyir: “Belə bir hədis həsən ilə zəif arasında tərəddüd edən bir hədisdir. Amma sanki birinci ehtimal daha güclüdür. Çünki hədisin zəif olduğunu söyləyənlər bunu aydınlaşdırmamış, bir səbəb bildirməmişlər. Doğrusunu Allah bilir.

SƏN NECƏ DƏ SƏXAVƏTLİSƏN EY ALLAHIM! ONLARI YEDİZDİRİR VƏ GEYDİRİRSƏN VƏ SÖYLƏDİKLƏRİ BİR CÜMLƏ SƏBƏBİ İLƏ ONLARIN GÜNAHLARINI BAĞIŞLAYIRSAN! SƏNƏ HƏMDOLSUN.

SƏNƏ ELƏ HƏMD OLSUN Kİ, ONU DİLƏ GƏTİRMƏYİN LƏZZƏTİNIİ YAŞAYAQ

Bənzər Məqalələr

featured-image-945

Nəsainin əs-Sunənu`l-Kubrada, Kuteybə bin Səidin rəvayəti ilə qeyd etdiyi hədis bundan əvvəl artıq keçdi. Bu hədisi Kuteybə kimi həmçinin; Hişam bin Ammar, Yusif bin Yaqub ən-Nəcahi, Huseyin bin Həsən əl-Mərvəzi və Həmid bin Yəhya rəvayət etmişlər.

Əhməd bin Hənbəl, Xalid bin Ma`dənin Ubadə bin Samitdən, onun Rəsulullahdan sallallahu aleyhi və səlləm nəql etdiyi bu hədisi zikr etmişdir: “Qədir gecəsi (Ramazanın) axırıncı onundadır. Kim bu gecələri savabını umaraq ihya edərsə Uca Allah onun keçmiş və gələcək güahları bağışlayır. O tək gecələrdəndir: doqquzuncu və ya yeddinci və ya beşinci və ya üçüncü ya da axırıncı gecə”. (daha&helliip;)

Bənzər Məqalələr

featured-image-944

Əhməd bin Hənbəl Müsnədində Əbu Hureyrədən radiyallahu anhu belə rəvayət edir: Rəsulullah sallallahu aleyhi və səlləm bizə Təravih namazı qılmağımızı, mütləq bir əmr olmadan tövsiyə edər, belə deyərdi: “Hər kim inanaraq və savabını umaraq Ramazan gecələrini ihya edərsə (Təravih namazını qılarsa) keçmiş və gələcək günahları bağışlanır.” (daha&helliip;)

Bənzər Məqalələr

featured-image-943

İmam Əhməd bin Hənbəl rahiməhullah belə demişdir: “Bizə Affan, ona Hammad bin Sələmə, ona Muhəmməd bin Amr bin Sələmə, ona da Əbu Hureyrə radiyallahu anhu belə rəvayət etmişdir: Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurdu: “Hər kim inanaraq və savabını umaraq Ramazan orucunu tutarsa keçmiş və gələcək günahları bağışlanır”. Əhməd bin Hənbəl rəvayət etmişdir (2/385). Sənədində Muhəmməd bin Amr bin Alqamə var. Zəhəbi hədisin həsən olduğunu demişdir (Muğni 5876). Nəticə etibarilə hədisin sənədi də həsəndir. Heysəmi Məcmada (3/145): “Bunu Əhməd bin Hənbəl rəvayət etmişdir. Raviləri etibarlı şəxslərdir. Ancaq Hammad, Rəsulullahdan sallallahu aleyhi və səlləmdən birbaşa rəvayət etmək ilə, arada Əbu Hureyrəni zikr etmək arasında tərəddüd etmişdir” demişdir.

Əhməd bin Hənbəlin rəvayətindəki ifadə eynilə belədir. Tirmizi bunu Abdə bin Suleyman və Abdurrəhman əl-Murabinin Muhəmməd bin Amrdan nəql etməsi ilə zikr etmişdir, lakin onların rəvayətində “gələcəkdəki” ifadəsi yoxdur. (daha&helliip;)

Bənzər Məqalələr

featured-image-942

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfislərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

Allah subhanahu və təalanın hər şeyin sahibi olduğu məlumdur. Ona görə də; “Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur” (Taha, 6). Istədiyi quluna istədiyini verməsinin olduqca təbii olması başa düşülür.

Qədir gecəsinin min ildən xeyirli olduğu sabitdir. İnsan ilin bəzi gecələrində bu gecədən daha çox əməl edə bilər. Fəqət bu gecədə edilən əməllər digərlərindən otuz min qat daha fəzilətlidir. Allah təala buyurur: “Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!” (Hədid, 21). (daha&helliip;)

Bənzər Məqalələr