Osmanlı dövləti Sultan II. Bəyazid (v. 1512) öz zamanında, atası Fatih Sultan Mehmet xanın, dövlətin yüksəliş dövrünü davam etdirmişdir. Dövlət xadimləri, ölkədə -xüsusən dünyanın mərkəzi olan yenicə fəth olunmuş İstanbulda- İslami ənənələri və memarlıq sənətini inkişaf etdirmək layihələri hazırlayaraq Sultana ərz edirdilər. 

 

Həmin ərəfədə Osmanlının yüksəlişi, Avropada da çox yaxından izlənilirdi. Bir çox sənətkar Osmanlıya gələrək, orada fəaliyyət göstərməyə can atırdı. Çünki, İslam – sənət və sənətkarlara, dinindən və milliyyətindən asılı olmayaraq böyük hörmət bəsləyir və onların fəaliyyətləri üçün möhkəm şəraitlərin yaradılmasına təşviq edir. Həmçinin, hər bir memarın, İstanbul kimi bir nəhəng şəhərdə sənət əsəri miras buraxmaq arzusu var idi.

 

Məşhur italyan rəssam və memar Leonardo Da Vinci də (v. 1519), Sədrəzəm (baş nazir) Davud Paşaya məktub yazaraq, ölkədə yeni məscid və digər memarlıq abidələri ucaltmaq üçün izn istəmişdi. Bu istək, çox xoş qarşılanmış və padşaha ərz olunmuşdu. Padşahın cavabı isə, tam əksinə, neqativ olmuşdu. Çünki o, öz müsəlman vətəndaşlarının sənətkar olaraq yetişməsini və məşhur memarlar olaraq vətənə xidmət etmələrini arzulayırdı. Həmçinin, xristian memarların, kilsələrdə yaratdıqları boğucu abu-havanı bəyənmir, qəlb sıxıcı olduğunu deyirdi. Allahın evlərinin isə, bu cür deyil, daha gözəl və qəlbləri heyran edici olmasını istəyirdi. “O (Da Vinci) bir quş oub, ölkəmizin üzərindən uçsa belə, buna izn vermərəm” – sözləri, məhz bu səbəblədir.

 

Sultan, həqiqətən çox uzaqgörən və dahi şəxsiyyət idi. O, bu sözləri deyərkən, Kayserinin Ağırnos kəndində, xristian bir türk olan Doğan Yusifin, nəvəsi dünyaya göz açırdı: Yusif Sinan. Bəli, məşhur, dahi Memar Sinan! Sultanın xalis niyyəti, gələcəkdə dillərə dastan olacaq, dahi bir müsəlman memar üçün qapı açırdı..

(ardı var..)

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr