MÖHTƏŞƏM BİR MƏDƏNİYYƏTİN SON İZLƏRİ (ALKAZAR SARAYI, İSPANİYA)
Qüds’ü müsəlmanlardan heç cür geri ala bilməyən xaçlılar (səlib yürüşü iştirakçıları – xristianlar) “revanşı” İspaniyada “Rekonkista” adı altında soyqırımlar edərək almağa çalışırdılar. Kastiliya krallığı, 8 əsr burada hökm sürmüş Əndəlüs (Andalusia) müsəlmanlarını hərbi olaraq məğlub etməyə başlayarkən, onları elmi və memari olaraq heç cür məğlub edə bilmirdilər. Bu səbəblə də, tozuna belə çata bilmədikləri bir mədəniyyəti təqlid etmək məcburiyyətində idilər.
Kastiliya (İspaniya) kralı Pedro, Qranada şəhərindəki, Əməvilərdən geri qalmış əl-Həmra sarayının möhtəşəmliyinə valeh olmuşdu. Çünki, belə bir mədəniyyət, heç bir Avropa xaçlı dövlətində yox idi. İspanların 1236-da işğal etdikləri digər şəhər olan Sevilyada, həmin sarayın eynisini inşa etdirmək üçün, müsəlmanlardan qalmış bir sarayın yerinə, Qranada’dakı əl-Həmra’nın eynisinin tikilməsinə qərar vermişdi. Lakin, bunu inşa edə biləcək sənətkarları var idimi? Əlbəttə ki, xeyr. Bu səbəblə, soyqırım etdiyi və ya yurdlarından qovduğu müsəlmanlara yenə də ehtiyacı var idi.
Müsəlmanlara dəfələrlə xəyanət etmiş qatı katolik olan bu Kastilya kralı, Əndəlüslü müsəlmanların mədəniyyətinə o qədər heyran idi ki, inşa etmə vəzifəsini həvalə etdiyi müsəlman memarların, 1364-cü ildə tikilmiş bu sarayın daxilindəki divarları, eynilə əl-Həmra sarayında olduğu kimi Quran ayələri ilə gözəlliyə bürümələrinə səsini belə çıxarmadı.
Əndəlüs Əməvi dövlətinin çöküşündən sonra, heç cür birlik ola bilməyən, hətta bir-biriləriylə çəkişdikləri zaman, bəzən düşmənləri ilə belə ittifaqlar quraraq parça-parça, tənha və gücsüz olan kiçicik “morisko” (məğlub olmuş müsəlmanlara ispanların verdikləri ad idi) əmirliklərinin, Tariq b. Ziyadın qılınc haqqı ilə fəth etdiyi bu torpaqlardakı son əsərləri idi – Alkazar sarayı (Qranada). Bir mədəniyyətin son izləri..
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad zəruridir!