NAMAZIN TƏLİMİ
İlk öncə qüsl alaraq təmizlən, namaza yetiş,
Heç olmaz dəsnamazsız, onunla başlayır bu iş!
“_Bismilləh_” deyib başla dəstnamazını almağa,
Sevindir vücudunu, öyrəşdir belə paklığa!
Bilək hüdudunacan üç dəfə yu əllərini,
Sonra sağ əllə su al ağzına yu dişlərini.
Sağ əllə burnuna su ver və sol əllə təmizlə,
Ovuclarınla üç dəfə yu üzü, qurtar üzlə.
Sonra əvvəl sağ əli üç dəfə yu dirsəyəcən,
Solu da üç dəfə yu onun kimi, ta biləsən.
Sonra da əllərinlə məshi də çək başına ki,
Bir dəfə etməlisən məshi başa, bil, belə ki…
Sonra da bir dəfə yu qulaqları ehtiyatla,
Qulağın həm içini, arxasını yu rahatla!…
Üç dəfə yaxşıca yu sağ ayağı topuğa qədər,
Solu da bu qaydayla yu, suyu çox etmə hədər!
Xəstələnsən, ya su tapmasan uzun məsafədə,
Torpaqla təyəmmüm eylə, ayə var bu barədə!
Paltarında toz olsa, nəcis deyil, anla bunu,
Nəcis öndən və arxadan çıxanlardır, bil onu.
Toz olsa, təmizlə, qıl, çox olsa, mümkünsə, dəyiş,
Qəlbini hazır eylə Haqqın hüzuruna müdhiş!
İstərsən, dörd rəkətli namazı öyrənəlim,
Necədir ardıcıllıq qaydası, bir görəlim!
Niyyətin vardı ki, sən namaz qılmağa gəldin,
Öncədən qəlbindəki niyyəti bildi Rəbbin…
Başlamazdan əvvəl gözəlcə de iqaməni,[1] [1]
Diqqət et namazda, çaşdırmasın şeytan səni.
Sonra da huşu ilə yönəl qibləyə sarı,
“_Təkbir_”[2] [2] deyib qaydası ilə bağla qolları.
Sağ əli sol əlinin üstünə qoy düzgüncə,
“_Sübhanəkallahummə_”[3] [3]ni sonacan de öncə…
“_Əuzubəsmələ”_[4] [4]ni de, ardınca Fatihəni[5] [5],
Sonra da ardınca söylə “_İxlas_”[6] [6] surəsini…
Sonra “təkbir” gətirib rukuya get həlim,
Dayan, üç dəfə de: “_Sübhanə Rabbiyəl-Azim_”.
“_Səmi Allahu limən həmidəh_” de qalxanda,
Bu sözləri söylə əllərin qalxılı anda…
“_Rabbənə va ləkəl-həmd_” de tam dikələn zaman,
Sonra “_təkbir_” gətirib səcdəyə get ardından,
“_Sübhanə Rabbiyəl-alə_” de səcdədə ikən,
Bunu üç dəfə desin Haqq hüzurunda çökən!
Sonra “_təkbir_” ilə qalxıb “Rabbiğfirli” desin,
Oturaq halda bunu üç kərə təkrar etsin…
Yenə səcdəyə getsin, səcdədə eyni sözlər,[7] [7]
Təkbir deyib qalxsın ayağa, etsin əzbər!
Çün, bir rəkətdə bir ruku iki səcdə olur,[8] [8]
İkinci rəkətdə “_Fatihə_”, “_İxlas_”[9] [9]ı oxur,
Yenə eyni qayda ilə eləsin rukusunu,
Eyni ardıcıllıq ilə eləyir sücudunu…[10] [10]
“_Təşəhhüd_” qismi “_abduh və rasuluh_”[11] [11]a
qədər,
Deyib qalxır “_təkbir”_ ilə ayağa bu səfər…
İkinci rəkət bitdi, üçüncü rəkətdədir,
“_Fatihə_”, sonra “_təkbir_” deyərək ruku edir.
Sonra ardıcıl eylə əməlləri səcdəyəcən,
İki səcdədən sonra dördüncü rəkətdəsən.
Qiyamda sonadək “_Fatihə_”ni söyləyirsən,
Eynilə rukunu, həm səcdəni eyləyirsən.
Təşəhhüd[12] [12], “_Allahummə sallini[13] [13]_”
söyləyirsən,
“_Allahummə inni əuzu_”[14] [14]nu da deyirsən,
Bütün bu qısa başlıqları deyirsən tam,
Sağ və sol çiyninə “_salam[15] [15]_”la iş olur tamam!
Üç dəfə “əstağfirullah” deyib zikrə[16] [16] başla,
Namazdan sonra zikri, həm də duanı xoşla!
1] [17] İQAMə BELəDIR: ALLAHU ƏKBəR (2 dəfə)
ƏşHəDU əN Lə ILəHə ILLəLLAH,
ƏşHəDU əNNə MUHAMMəDəN RASUL-ALLAH.
HAYYə ALəS-SALəT. HAYYə ALəL-FəLəH.
QəD QAMəTIS- SALəT (2 dəfə)
ALLAHU ƏKBəR. (2 dəfə)
Lə ILəHə ILLəLLAH.
[2] [18] Allahu Əkbər.
[3] [19] Sübhanəkəllahummə va bihəmdikə va təbərakə ismukə
va təalə cəddukə va lə iləhə ğeyrukə.
[4] [20] “Əuzu billəhi minəş-şeytanir-racim”in qısa
forması.
[5] [21] _Bismilləhir-Rahmənir-Rahim._ — deyir, sonra bunu:
(_FATIHə SURəSI_): _ƏL-HəMDU LILLəHI RABBIL ALəMIN.
ƏR-RAHMəNIR-RAHIM. MəLIKI YəU`MIDDIN. İYYəKə Nə`ABUDU Və
IYYəKə NəSTəIN. İHDINəS-SIRATAL-MUSTəQIM. SIRATALLəZINə
əN`AMTə ALEYHIM, ğAYRIL MəğDUBI ALEYHIM VALəD`DA~LLIN. _əmin.
[6] [22] _Bismilləhir-Rahmənir-Rahim_. — deyir, sonra bunu:
(_İXLAS SURəSI_): _QUL-HUVALLAHU ƏHəD. ALLAHUS-SAMəD. LəM YəLID
Və LəM YULəD. Və LəM YəKUL-LəHU KUFUVəN ƏHəD._
[7] [23] Yəni, 3 dəfə “Sübhanə Rabbiyəl Alə” deyilir.
[8] [24] Rəkətin nə demək olduğunu bilməsi, namazın
qılınış qaydasını tez qavramağına kömək olar.
[9] [25] Birinci və ikinci rəkətdə Fatihədən sonra deyilən
“İxlas” surəsinin yerinə digər əzbər bildiyi qısa
surələrdən də deyə bilər. (hansı surənin deyilməsinin fərqi
yoxdur)
[10] [26] Yəni, yenə rukudan qalxanda əlləri qalxılı halda
“_Səmi Allahu limən həmidəh_” deyib əlləri yanına salır
və tam dikələrkən: “_Rabbənə va ləkəl- həmd_” deyir.
Sonra səcdəyə gedib üç dəfə: “_Sübhanə Rabbiyəl-Alə_”
deyir və “_Allahu Əkbər_” deyib iki səcdə arasında
oturarkən — üç dəfə: “_Rabbiğfirli_” deyir və yenə
səcdəyə gedir. Səcdədə yenə üç dəfə: “_Sübhanə
Rabbiyəl-Alə_” deyir.
[11] [27] TəşəHHüD: _“ƏT-TəHIYYəTU LILLəHI VAS-SALAVATU,
VAT-TAYYIBATU. AS-SALAMU ALEYKə əYYUHəN-NəBIYYU Və RAHMəTULLAHI
Və BəRAKəTUHU. AS-SALAMU ALEYNə Və ALə IBəDILLəHIS-SALIHIN.
ƏşHəDU əNLə ILəHə ILLəLLAHU VəHDəHU Lə şəRIKə LəHU. Və
əşHəDU əNNə MUHəMMəDəN ABDUHU Və RASULUHU.”_
[12] [28] Bu təşəhhüd elə yuxarıdakı qeyddə verilmişdir. Bu,
bu 2-ci rükətdə deyildiyi kimi təkrarən deyilir və ardınca
aşağıdakı qeyddəki qismi “_Allahummə salli…_” deyilir,
axıra qədər.
[13] [29] _ALLAHUMMə SALLI ALə MUHəMMəDIN Və ALə ALI
MəHəMMəD. KəMə SALLEYTə ALə İBRAHIMə Və ALə ALI
MəHəMMəD. Və BəRIK ALə MUHəMMəDIN Və ALə ALI MUHəMMəD.
KəMə BəRAKTə ALə İBRAHIMə Və ALə ALI İBRAHIM. FIL ALəMIN
INNəKə HəMIDUN MəCID._ (Bu təşəhhüdün digər hissəsidir)
[14] [30] _ALLAHUMMə INNI əUZU BIKə MIN AZəBI CəHəNNəM Və MIN
AZəBIL QABR Və MIN FITNəTIL MəHYə VəL MəMəTI Və MIN şəRRI
FITNəTIL MəSIHID-DəCCəL.___
[15] [31] Əvvəlcə sağ çiyinə, sonra da sol çiyinə deyilir:_
AS-SALAMU ALEYKUM Və RAHMəTULLAH._
[16] [32] 33 dəfə- _SüBHəNALLAH_, 33 dəfə _ƏLHəMDULILLəH_,
33 dədə də _ALLAHU ƏKBəR._ deyilir. Bundan əvvəl də, sonra da
müəyyən zikrlər deyilə bilər ki, onlar barədə “_namazın
təlimi_” ilə əlaqəli kitablardan geniş şəkildə
məlumatlanmaq olar.
———-
Sahib Əsədov