Peyğəmbərimizi təhqir edən islamofoblar çox sevinməsinlər
Erməni terroruna səssiz qalan, hətta dəstək olan avropalıların bu cür iyrənc islamofob əməllərə əl atmaları, sonra isə, dünyaya “tolerantlıq” və “dözümlülük” dərsləri keçmələrinin dəfələrlə şahidi olmuşuq. Allahla müharibə aparan nə Fironlar, Nəmrudlar, Əbrəhələr və fironlaşmış minlərlə məxluqlar gördü bu dünya.. Hamısı, öz dünyavi oyun və siyasətlərini tamamlamadan sulara qərq olaraq məhv oldu, həlak oldu, unuduldu, getdi.. Allah isə, Əzəli və Əbədi olaraq var olmaqda davam edir. Onun dini və Ona iman edənlər də, müxtəlif düşmənçiliklərə baxmayaraq varlıqlarını qorumuş və var olmağa da davam edəcəklər. Təmkinli olmaq lazımdır, heç kim Uca Allahla müharibə apara bilməz:
“Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.” (Quran, 61/8)
Ayxan Yaquboğlu (islamevi.az)