✔️Əziz Peyğəmbərimizin hər bir davranışı zərif, incə və yerində edilmiş hərəkətlərdən ibarət idi.

✔️Məsələn, bir adamı ziyarətə getdiyi zaman, qapıda dayanıb salam verərək icazə istəyər, qapı açıldığı zaman evin içərisini görməmək üçün qapının tam qarşısında dayanmaz, sağına və ya soluna çəkilərdi. İçəridən səs gəlməzsə, orada daha artıq gözləmədən geri qayıdardı.

✔️Yolda qarşılaşdığı bir adama öncə o salam verər, əlini uzadaraq salamlaşar, əlini dərhal çəkməz, bu hərəkəti qarşısındakından gözləyərdi.

✔️Yüksək səslə danışmağı sevməz, heç kimin xətrinə dəyməzdi. Heç kimi zarafatla da olsa belə təhqir etməzdi. Suyun axıb getməsi kimi sükünətlə yürüyərdi. Qəh-qəhə ilə gülməz, təbəssüm etməklə kifayətlənərdi.

✔️Utanmaq hissinə sahib olmağı üstün bir özəllik hesab edərdi.. Bədəninin məhrəm yerlərinin açılmasından çox narahat olardı. İslamiyyətdən öncəki ərəblər, belə şeylərə əhəmiyyət verməz, çılpaq şəkildə yuyunmaqdan çəkinməzdilər. Peyğəmbərimiz (ona salam olsun) bu adətləri tamamilə qadağan etmiş, başqa ölkələrdə hamamda çılpaq yuyunulduğunu eşitdiyi üçün hamama gedilməsini münasib görməmiş, gedənlərə isə örtünmələrini tövsiyyə etmişdi. Günümüzdə də bu kimi hallara çox diqqət yetirməyən insanlar, bu mövzuda həssasiyyət göstərənlərə “utancaqlıq” kimi deyil, tam əksinə, buna Allahın ən sevimli bəndəsi olan Hz. Məhəmmədin əxlaq nümunəsi kimi baxmalıdır.

✔️Öz işini özü görərdi. Evinin alış-verişini edər, aldıqlarını şəxsən özü daşıyardı. Özünü yoldaşlarından üstün tutmaz, onlar işləyərkən oturmağı xoş qarşılamaz və özü də işin bir ucundan tutardı.

(ardı var..)

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr