Peyğəmbərimizin (s.a.v) həyatı – Sinəsinin iki mələk tərəfindən yarılması hadisəsi
Peyğəmbər – صلى الله عليه وسلم –in süddən kəsildikdən sonra da Səd oğulları badiyəsində qalmağı
Həlimə, hər ayda bir onu (Səllallahu Aleyhi və Səlləm) görmələri üçün anası və ailəsinin yanına, Məkkəyə gətirirdi. İki il olub Məhəmməd (Səllallahu Aleyhi və Səlləm) süddən kəsildikdən sonra da yenə onu anası Əminənin yanına gətirdi. Peyğəmbər ilə gələn bərəkətdən son dərəcə xoşbəxt olan Həlimə, onun bir müddət yenə onun yanında, çöldə qalmasını istəyirdi. Ayrıca, o vaxtlarda vəba xəstəliyi Məkkədə yayılmışdı, bundan da qorxurdu. Vəziyyəti Əminəyə bildirdi və oğlunun bir müddət yenə özüylə qalmasını xahiş etdi. Əminə də onun bu təklifini qəbul etdi. Bunun üzərinə Həlimə, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i götürərək xoşbəxt və sevincli halda yurduna qayıtdı. Nəbi (Səllallahu Aleyhi və Səlləm) iki il də süd anası Həlimə ilə birlikdə qaldı. Ancaq daha sonra yaşanan qəribə bir hadisə, Həlimə və ərinin qorxub onu anasına geri vermələrinə səbəb oldu.
Bu son dərəcə qərib olan hadisə, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in sinəsinin yarılması (şaqqı sadr) hadisəsidir.
Sinəsinin yarılması
Ənəs b. Malik (radiyəllahu anhu) belə deyir : Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), iki dostuyla oynayarkən Cəbrayıl (Əleyhissalam) gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) tutub yerə yatırtdı. Sonra sinəsini yararaq qəlbini çıxartdı. Qəlbindən də bir parça laxta götürdü və belə dedi : “Bu şeytanın səndəki qismətidir.”Sonra o qəlbi qızıl bir tasda olan Zəmzəm suyu ilə yuyaraq yerinə qoydu. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) ilə birlikdə olan iki uşaq qaçaraq vəziyyəti süd analarına xəbər verdilər və “Məhəmməd öldürüldü” deyə fəryad etdilər. Hamısı birlikdə qaçıb gələrkən onun (Səllallahu Aleyhi və Səlləm) rənginin dəyişdiyini gördülər.
Ənəs belə dedi : Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in sinəsindəki o tikiş izini gördüm.
———–
Peyğəmbərimizin həyatı
əl-Mubarək Furi
Hazırladı: Sahib Əsədov