media-img_5538

İslam dini Allahdan başqa heç kimi ilahlaşdırmamağa, Onun ən möhtərəm qulları olan peyğəmbərlərə belə sadəcə bir insan kimi yanaşmağa çağırmışdır. Bəşəriyyətin müəllimləri olduqları üçün ən fəzilətli şəxslər olmaqla yanaşı, onların heç bir ilahi qüdrətlərinin də olmamasını Qurani-Kərim bizə bu cür izah edir:

“(Ey Peyğəmbər!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də heç şübhəsiz, yemək yeyir və (sadə bir insan kimi) bazarlarda gəzib dolaşırdılar..” (Furqan surəsi, 20-ci ayə)

İslam dininə görə bəşəriyyətin ən üstün və fəzilətli insanları olan peyğəmbərlər, habelə öndər və saleh şəxslərin heç birinin ilahi qüdrəti yoxdur. Beləliklə də, onları ilahlaşdırmaq və ifrat sevgi bəsləmək dinimizin prinsiplərinə zidd hesab olunur. Qeyd etdiyimiz ayə, çoxsaylı arqumentlərdən sadəcə biri idi.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı