Rabiə ibn Kab: Cənnətdə sənin dostun olmaq istəyirəm ey Allahın Rəsulu!
Rabiə, Allah ondan razı olsun, rəvayət edir:
Peyğəmbərin, Ona Allahın salavatı və salamı olsun, xasiyyətindən biri bu idi ki, kimsə ona yaxşılıq edərsə, həmin insana etdiyi yaxşılığın əvəzini qat-qat çox ödəməyi xoşlayırdı. Ona etdiyim xidmətə görə mənə də bir xeyir vermək arzusu ilə yaşayırdı. Beləliklə bir gün mənə baş çəkdi və dedi: “Ey Kabın oğlu Rabiə. Mən “Buyur, ey Allahın Elçisi, Allah səni səadətə qovuşdursun” deyə cavab verdim. Peyğəmbər: “Məndən nə istəyirsən istə, istədiyini sənə verəcəm” dedi.
Mən bir az düşündüm və sonra: “Ey Allahın Elçisi, mənə bir az vaxt ver səndən nə istəyəcəyim barədə qoy fikirləşim. Sonra sənə deyərəm. O, Ona Allahın salavatı və salamı olsun, razılaşdı.
Həmin vaxt mən gənc və yoxsul idim. Nə ailəm var idi, nə mal-dövlətim, nə də qalmağa evim. Özüm kimi yoxsul olan digər müsəlmanlar ilə məsciddə Suffaya sığınmışdıq. İnsanlar bizə “İslamın Qonaqları” deyirdilər. Müsəlmanlardan kimsə sədəqə niyyətilə Peyğəmbərə, Ona Allahın salavatı və salamı olsun, bir şey gətirdikdə, Peyğəmbər onların hamısını bizə göndərərdi. Əgər kimsə Peyğəmbərə, Ona Allahın salavatı və salamı olsun, hədiyyə verirdisə, o hədiyyənin bir hissəsini götürər, qalan hisəssini isə bizə saxlayırdı.
Deməli, belə oldu ki, məni yoxsulluqdan qurtaracaq dünyəvi bir şeyi istəmək və varlı, arvad və oğul-uşaqlı digər şəxslər kimi olmaq üçün növbə mənə də çatdı. Tez özümə gələrək dedim: “Yazıqlar olsun sənə ey Rabia! Bu dünya müvəqqətidir və ötüb keçəcək. Bu dünyadan sənin də payın var və Allah buna zamindir, mütləq bu dünyadakı payını alacaqsan. Peyğəmbərin, Ona Allahın salavatı və salamı olsun, Rəbbinin yanında hörməti var və onun heç bir xahişi geri qaytarılmaz. Odur ki, ondan xahiş et ki, Allahdan sənə axirət nemətlərindən bir şey verməsini istəsin.”
Bu fikir mənim xoşuma gəldi. Peyğəmbərin yanına gəldim, məndən soruşdu: “Ey Rabia, nə oldu? Mən: “Ey Allahın Elçisi, səndən xahişim budur ki, mənim adımdan Uca Allaha dua et ki, məni cənnətdə sənin dostun etsin.”
Peyğəmbər: “Bu cür istəməyi sənə kim tövsiyyə etdi?
Mən: “Allaha and olsun ki, heç kəs” deyə cavab verdim. Heç kəs mənə tövsiyyə etməyib. Lakin sən “məndən nə istəyirsən istə, istədiyini sənə verəcəm” deyə söylədikdə, mən (əvvəlcə) bu dünyanın xeyirlərindən bir şey istəmək barədə düşündüm. Lakin çox keçmədi ki, Allah mənə daimi və qalıcı olanı müvəqqəti və yox olana seçməyi müvəffəq etdi. Odur ki, gəlmişəm ki, səndən xahiş edəm ki, mənim adımdan Uca Allaha dua edəsən ki, məni cənnətdə sənin dostun etsin.
Peyğəmbər, Ona Allahın salavatı və salamı olsun, bir müddət sükuta qərq oldu və sonra soruşdu: “Rabia, bundan başqa diləyin yoxdurmu?” Xeyr, ey Allahın Elçisi! Səndən istədiyim şeyin yerini heç bir şey verməz.
Peyğəmbər: “Yaxşı, əgər belədirsə, o zaman sənin xatirin üçün deyirəm ki, Rəbbinə çoxlu səcdə etməklə bu işdə mənə yardım et.”
Odur ki, Peyğəmbərin xidmətində olub və bu dünyada onun dostu olmaqla yaxşı var-dövlətim olduğu kimi, cənnətdə də Peyğəmbərin yanında olub yaxşı var dövlətə nail olmaq üçün özümü ibadətə həsr edərək çalışmağa başladım.
————
selef.info