Ramazan ayı – bir müsəlmanın Allahın razılığını qazanaraq Cənnətə yaxınlaşması üçün ən böyük fürsət hesab olunur. Bu mübarək ayda çoxlu ibadət və saleh əməllər etmənin mükafatı – qat-qat artırılır. Lakin burada önəmli olan bir məqam vardır… Bizdən öncə yaşamış xeyirli insanlar belə deyərdilər:

 

“Bizim üçün, çoxlu xeyirli əməllər etdəkdəndən daha önəmli olan – etdiyimiz əməllərin Allah tərəfindən qəbul olunmasıdır”.

 

Hz. Əli b. Əbu Talib (Allah ondan razı olsun) demişdir:

”Əməl etməkdən daha çox, əməlin qəbul olmasına diqqət göstərin. Allahın bu kəlamını eşitməmisinizmi: ‘Həqiqətən Allah müttəqi qullarından (əməlləri) qəbul edər’ (Maidə:27)” (Lətaif Məarif, 209)

Bəli, həqiqətən də bu, çox önəmli bir mövzudur. Bilirik ki, əməllərin Allah tərəfindən qəbul edilməsi üçün iki əsas şərt vardır:

1) İxlas (bir şeyi yalnız Allahın razılığını qazanmaq üçün etmək) və

2) Əziz Peyğəmbərimizin bizlərə öyrətmiş olduğu formada etmək (yəni, ifrat və təfridə yol verməyərək, yalnız O’nun bizlərə öyrətdiklərilə kifayətlənmək).

Ramazan ayında etdiyimiz ibadət və xeyirli əməllərin qəbul olunduğunu necə anlaya bilərik? Ramazan’ın həyatımızı -Allaha yaxınlaşmaq adına- dəyişdiyini necə anlaya bilərik?

✔ Əməllərin Ramazanda və ya başqa aylarda qəbulu – yaxşı əməlin ardınca başqa yaxşı əməl işləməklə bilinir (Şəvval ayının altı gününü oruc tutmaq da buna aiddir). Müsəlmanın halı Ramazandan sonra gözəl olduğu zaman o, saleh əməllər edər və bu əməlləri çoxaldar. Bütün bunlar, daha öncəki əməllərin qəbuluna dəlalət edir. Əksinə gəldikdə isə, Ramazanda xeyir əməl işləyib sonra günah işləyərsə, yəni Ramazan çıxdıqdan sonra xeyirdən günaha, qəflətə dönər və Allaha itaətdən üz döndərərsə, bu, əməlin qəbul olunmamasına dəlalət edir.

Həqiqətən də hər bir insan özünün hal-hazırki və Ramazandan sonrakı halını çox gözəl bilir. O halda, öz daxili mənəvi halına nəzər salmalıdır. Əgər onun halı yaxşıdırsa, gərək Allaha çoxlu şükür etsin. Çünki bu, əməllərin qəbuluna dəlalət edir. Əgər halının yaxşı olmadığını hiss edərsə, Allaha tövbə etsin və Ondan bağışlanma diləsin. Çünki bu, əməlin qəbul olunmamasına və (Ramazanda) etmiş olduğu səhlənkarlığa dəlalət edir.

Bir sözlə, böyük bir fürsəti qaçırmış olsa da, yenə də gec deyil. Xətalarından peşman olaraq öz halını düzəltmək üçün bu dünyadan köçənə qədər tövbə qapısı açıqdır..

 

“Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Quran, Maidə surəsi, 39).

 

 

Bu yazıda Dr. Saleh Fovzanın sözlərindən (Məcəlisu şəhri Ramadan, səh. 119) istifadə olunmuşdur.

Məqaləni PDF formatında: YÜKLƏ

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2834

Səhər — sübh namazından sonra, günəş doğana qədər; axşam — əsr namazından sonra günəş batana qədər olan müddətdir: (1)- ( الحَمْدُ للهِ وَحْدَهُ وَالصَّلاةُ وَالسَّلامُ عَلى مَنْ لاَ نَبِيَّ بَعْدَهُ […]
Daha ətraflı
media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، و فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، […]
Daha ətraflı