SÖZ ÇATDIRILAN ZAMAN ETMƏLİ OLDUĞUMUZ 6 ŞEY
Hər hansısa bir şəxs gəlib “Filankəs sənin barəndə belə danışır” və ya “belə hərəkət edir” deməklə söz gəzdirirsə, mömin ona qarşı aşağıda qeyd olunan altı formada reaksiya göstərməlidir:
Birincisi, onu təsdiq etməməlidir. Çünki, sözgəzdirən fitnəkar olur.
İkincisi, onu bu əməldən çəkindirməli, ona tövsiyə etməli və əməlini pisləməlidir.
Üçüncüsü, Allah yolunda ona qəzəblənməlidir. Çünki, Allah taalanın qəzəbinə səbəb olanlar barəsində qəzəblənmək möminə yaraşan vacib əməldir.
Dördüncüsü, yanında olmayan qardaşı barəsində pis fikirləşməməlidir.
Beşincisi, ona fitnə törətmək niyyəti ilə danışılan şey barəsində pis fikirlərə düşməməlidir.
Altıncısı, sözgəzdirən insana qadağan etdiyi bir şeyi özünə rəva bilməməlidir. Çünki, ona danışılanı başqasına danışmaqla onun özü də sözgəzdirənə çevrilir…
(Dahi alim Muhyiddin Nəvəvi bunları “Muslim”i şərh edərkən qeyd edir: 2/113).
Materiallardan istifadə edərkən istinad vacibdir!