featured-image-3397

Əbu Hureyrə – radiyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən də Allah pakdır (və nöqsansızdır) və pak olandan başqasını da qəbul etməz. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdi. Allah buyurur: «Ey Peyğəmbərlər! Təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün» (əl-Muminun 51). Digər bir ayədə: «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin» (əl-Bəqərə 172). Sonra Peyğəmbər — sallallahu aleyhi və səlləm – birisini xatırladarq: «Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə, necə ola bilər ki, onun duası qəbul olunsun» deyə buyurdu . Müslim 1015.

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı