media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir:
«Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.»
(Sahih əl-Buxari, 5027).

«Ən xeyirliniz əxlaqı ən gözəl olandır».
(Sahih əl-Buxari, 6035).

«Ən xeyirliniz (borcu) ödəməkdə ən gözəl olandır». (Yəni, borcu qaytararkən).
(Sahih əl-Buxari, 2305).

«Ən xeyirliniz xeyiri ümid edilən və şərrindən əmin olunandır».
(Sahih ət-Tirmizi, 2263).

«Ən xeyirliniz həyat yoldaşı ilə xeyirli olandır.»
(Sahih ibn-Hibban, 4177).

«Ən xeyirliniz (acları) doyduran və salamı qaytarandır».
(Sahih əl-Cami, 3318).

«Ən xeyirliniz namaz vaxtı çiyinləri ən yumşaq olandır».
(Yəni: Namaz vaxtı səfə daxil olana yer edir.)
(Ət-Tərğib vət-Tərhib, 1/234).

«Ən xeyirliniz ömrü uzun olub əməli gözəl olandır».
(Sahih əl-Buxari, 3297).

«Ən xeyirliniz insanlar üçün ən faydalı olandır».
(Səhih əl-Cami, 3289).

«Allah yanında ən xeyirli yoldaş, sizdən yoldaşı (dostu) üçün ən xeyirli olandır. Allah yanında ən xeyirli qonşu isə sizdən qonşusuna ən xeyirli olandır».
(Sahih əl-Ədəb əl-Mufrad, 84).

«İnsanların ən xeyirlisi məxmur qəlbli və sadiq (doğru) dilli olandır. Dedilər: Sadiq dillini bilirik, bəs məxmur qəlb nədir. Peyğəmbər ﷺ dedi: O təmiz və qorxan qəlbdir, özündə heç bir gunah, düşmənçilik, kin və həsəd saxlamır».
(Sahih əl-Cami, 3291).

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı