95 – ət-Tin
ət-Tin (Əncir) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)

 

1. And olsun əncirə və zeytuna;
2. And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
3. And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
4. Biz insanı ən gözəl biçimdə yaratdıq!
5. Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
7. (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
8. Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!

Bənzər Məqalələr