İnsan bəzən bir məsələdə qərarsız qalır, gah onu etmək, gah da etməmək haqda düşünür. Bəzən doğru qərar verdiyini düşünür, lakin böyük bir yanlış əmələ yol verir. Bəzən isə, “birdən xəta edərəm, mənim üçün xeyirli olmaz” deyə düşünər, lakin böyük bir faydalı əməldən məhrum olar. Bütün bunların yeganə səbəbi – insanın zəif və Rəbbinə möhtac bir varlıq olmasındadır. Bu səbəblə də insanın edəcəyi ikicə şey vardır: yaxşıca götür-qoy etmək və işi Allaha həvalə etmək.

Dinimiz məhz buna görə də, bizə hər bir önəmli işi görməmişdən öncə istixarə adlı dua’nı etməyi tövsiyə etmişdir. Əksər vaxtlar insan, bunu etdikdən sonra qəlbində bir rahatlaşmanın olduğunu və qərarsız qaldığı məsələdə xeyirli yönə doğru bir işarənin formalaşdığını hiss edir. Allahla məsləhətləşib, işləri Ona həvalə etməkdən daha etibarlı nə ola bilər ki?.. Bunu da qeyd etmək lazımdır ki, (qərarsızlıq aradan qalxmadıqda) istixarəni bir neçə dəfə təkrar etmək də olar.

 

Məşhur səhabə Cabir b. Abdullah (Allah ondan razı olsun!) demişdir: «Allahın elçisi (ona salam olsun) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da öyrədib deyərdi:

 

«Biri­niz bir işə başlamaq istədikdə vacib olan (beş vaxt) namazla­rın­dan əlavə iki rükət namaz qılsın və desin:

اللَّهُمَّ إِنِّي أَسْتَخِيرُكَ بِعِلْمِكَ ، وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ ، وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ ، فَإِنَّكَ تَقْدِرُ وَلاَ أَقْدِرُ ، وَتَعْلَمُ وَلاَ أَعْلَمُ ، وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ . اللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا اْلأَمْرَ ( وَيُسَمِّي حَاجَتَهُ ) خَيْرٌ ليِ فيِ دِينيِ ، وَمَعَاشِي ، وَعَاقِبَةِ أَمْرِي — أَوْ قَالَ : عَاجِلِهِ وَآجِلِهِ — فَاقْدُرْهُ ليِ ، وَيَسِّرْهُ ليِ ، ثُمَّ بَارِكْ ليِ فِيهِ . وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا اْلأَمْرَ شَرٌّ ليِ فيِ دِينيِ ، وَمَعَاشِي ، وَعَاقِبَةِ أَمْرِي — أَوْ قَالَ : عَاجِلِهِ وَآجِلِهِ — فَاصْرِفْهُ عَنيِّ ، وَاصْرِفْنيِ عَنْهُ ، وَاقْدُرْ ليَِ الْخَيْرَ حَيْثُ كَانَ ، ثُمَّ أَرْضِنيِ بِهِ

 

(transkp:) «Allahummə inni əstəxirukə bi ilmik, va əstəqdirukə biqudratik, va əsəlukə min fadlikə-l-azım, fə-innəkə təqdiru va lə əqdir, va tələmu va lə aləm, va əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tələmu ənnə həzə-l-əmra (burada istədiyini, ehtiyacını söylə) — xayrun li fi dini, va məaşi, va aqibəti əmri. Acilihi va əcilihi – fəqdurhu li, va yəssirhu li summə bərik li fihi. Va in kuntə tələmu ənnə həzə əmra (burada istədiyini, ehtiyacını söylə) şərrun li fi dini, va məaşi, va aqibəti əmri, acilihi va əcilihi — fasrıfhu anni, vasrıfni anhu, vaqdur li əl-xayra heysu kənə, summə ardıni bihi»

 

Tərcümə: Allahım! Səndən Öz elminlə mənə kömək etməyini və Öz qüdrətinlə mənə qüdrət verməyini diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyi­rəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin mənim dinim, yaşayı­şım və aqibətim üçün – (yaxud belə deyir:) dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim di­nim, yaşayışım və aqibətim üçün – (yaxud belə de­yir:) dün­yam və axirətim üçün – zərərli olduğu­nu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, son­ra məni ondan razı sal!» (Buxari, 7/162)

 

*Yaradandan uğur diləyən, xeyirli və müdrik insanlarla məsləhətlə­şən və öz işində ehtiyatla davranan kəs peşman olmaz. Uca Allah buyurmuşdur:

«…[ehtiyacın olan] işdə onlarla məsləhətləş. Qəti qəra­ra gəldikdə isə Allaha təvəkkül et!»  (Ali-İmran, 159)

 

 

Ayxan Yaquboğlu
www.islamevi.az

Bənzər Məqalələr

media-img_2834

Səhər — sübh namazından sonra, günəş doğana qədər; axşam — əsr namazından sonra günəş batana qədər olan müddətdir: (1)- ( الحَمْدُ للهِ وَحْدَهُ وَالصَّلاةُ وَالسَّلامُ عَلى مَنْ لاَ نَبِيَّ بَعْدَهُ […]
Daha ətraflı
media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı