Ölümqabağı An
RƏHMAN VƏ RƏHİM OLAN ALLAHIN ADIİLƏ
MÜQƏDDİMƏ
Daima yaşayan, başlanğıcı və sonu olmayan, bəndələrinə ölümü daddıran və onların arasnda xoşbəxtləri və bədbəxtləri yaradan, hər şeyə qadir Uca Allaha həmd olsun. Biz Onunla öyünürük və günahlarımızın bağışlanması haqda yardım diləyirik, tövbə edirik və Ondan bizi qəlblərimizin pisliklərindən və bizim murdar əməllərimizdən qorumasmı diləyirik. Yaratdıqlannın ən yaxşısna, bizim Peyğəmbərimiz Məhəmmədin (s.ə.v.) üzərinə Allahın salamı olsun. Allah Rəsulu (s.ə.v.) deyir: “Tez-tez ölümü xatırlayın, bütün keflərin sonu ölümdür” ( Əhməd ət-Tirmizi, ən-Nəsai, İbn Macə, Ibn Hibban, əl-Hakim rəvayət etmişdir. İbn Hibban hədisin səhih olduğunu bildirib.
Şübhəsiz, Allah-Təala bütün insanlar üçün bir müddət müəyyən edib. O müddət bitdikdə Allahın elçiləri Onun bəndəsinin ruhunu götürür və heç kəsə güzəşt etmir. Ölüm haqda fıkirləşən hər kəs dərk edir ki, insanm həyatındakı bu möhtəşəm hadisə hər kəsin qismətidir. İnsan harada olmasından və kim olmasından asılı olmayaraq ölüm onu haqlayır və bu dünyadan onu ya cənnətin, ya da cəhənnəmin gözlədiyi başqa bir dünyaya aparır. Əgər ölüm hətta yalnız bədənin parçalanması və yox olması, gözəl günlərin və gecələrin unudulması demək olsaydı belə, onda Allaha and olsun!- o, təmtaraq içində üzənləri kədərlənməyə məcbur edərdi, həyatdan ləzzət alanlara özünü göstərərdi və sağlam düşüncəyə malik olanlara bu həyata böyük ümid bağlamamağı öyrədərdi. Əgər ölümdən sonra insanı böyük dəhşət, hədsiz qəm-qüssə, etdikləri əməllərə görə hesabat və mükafat gözləyirsə, o zaman ölüm haqda nə danışasan ki… Uca Allah insana hər andan istifadə edərək öz cənabı ilə görüşə hazırlanmağı əmr etdi, axı o, Tanrı elçilərinin onun dalınca haçan gələcəyini bilmir.
Əzəmətli ve qüdrətli Allah buyurub;
“… Heç kəs səhər nə edəcəylni (savab yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilmir…” (“Loğman”, 34)
Ölüm qaçılmaz həqiqətdir və Allah-Təala onun vacibliyini Quranda 3 dəfə qeyd edib: “Hər bir kəs (canlı) Ölümü dadacaqdır…” (“Ali-İmran”, 185).
Bu sözlər həmçinin “Nisa” surəsinin 35-ci ayəsində və “Ənkəbut” surəsinin 57-ci ayəsində də təkrar olunur.
İmam Ismayıl ibn Kəsir deyib: “Bu ayədə bütün bəşəriyyətə başsağlığı verilib, çünki yer üzündə elə insan yoxdur ki, onu Ölüm haqlamasın
Buna görə də həmin saata hazırlaşan və onun üçün zəhmət çəkən şəxs ən xoşbəxt insan olacaq. Yadda saxla ki, sənin bədənin hissələrə bölünəcək, sənin əl-ayağın çürüyəcək, gövdən külə dönəcək. Bu aqibət qorxulu ve bu saat sərt olacaq.
Qardaşım, öləndən sonra sən öz gözəlliyindən və əzəmətindən məhrum olacaqsan, sənin siman ve qamətin tanınmaz hala düşəcək. Budur, bütün əvvəlki vardövlət və şöhrətindən, hakimiyyət və əzəmətindən sonra sənə ən yaxın və sevimli sayılan adamlar tələsir ki, bu dəfə səni artıq yerə təhvil versin və bədənini ensiz, zülmət çuxura basdırsın ki, səni orada həşaratlar və qurdlar yesin.
Allahın qərarına görə, ölüm bütün insanları haqlayıb və haqlayacaq. Ölüm mələyi bir-birinin ardınca onları o biri dünyaya köçürür. Heç kəs bu qismətdən qaça bilməz və bu həqiqət mömin, Allahdan qorxan insanları ölümdən qorxmağa və seçilmiş və sevimli Peyğəmbəri Məhəmmədin (s.a.v ) nəəsihətinə qulaq asmağa məcbur edirdi. Məhəmməd Peyğəmbər (s.a.v.) buyurub: “Ölümü tez-tez xatırlayın, bütün keflərin sonu ölümdur”.
Mələklərdən biri olan cəbrail Peyğəmbərə (s.a.v.) deyib; “Məhəmməd, istədiyin qədər yaşa, onsuz da sən ölməyə məhkumsan, arzuladığın hər kəsi sev, onsuz da sən ondan ayrılacaqsan, istədiyin qədər yaxşılıq et, onsuz da sən onun əvəzini görəcəksən”.
Məhəmməd Peyğəmbərin (s.a.v.) səhabələrindən biri Əbu əd-Dərda dedi: “ölümü tez-tez xatırlayan, O zaman çox şeyə paxılhq etməyəcək və çox şeyə sevinməyəcəksiniz”.
Böyük imam Həsən əl-Basrinin tələbələri deyirdilər: “Biz əl-Həsənin yanına gəldikdə o, yalnız cəhənnəm, ölüm, gələcək həyat və axirət günündən bəhs edərdi”.
İmam Teymiyyə deyib: “İki şey mənə bu dünyadan ləzzət almağa imkan vermirdi: ölüm haqda fikirlər və Uca Allahın qarşısında necə duracağım”.
Əməvi hakimlərindən biri olmuş Ömər ibn əl-Xəttabın nəvəsi Ömər ibn Əbdüləziz deyib: “Əgər ölüm haqqında fıkirlər mənim qəlbimi bir saatlığa olsa belə tərk etsə, o zaman qəlbim parçalanar”.
Budur elə bir saat gəlir ki, insan ölümün nəfəsini duymağa və uzun yolçuluğun və aynlıq saatının yaxınlaşmasını hiss etməyə başlayır, onun gözlərində qürub başlayır, dünyəvi və geləcək həyatm çətinlikləri birləşərək bütün ağırlığı ilə onun çiyinlərinə düşür, bədəni isə həyat gücündən məhrum olur. Ölən adam bəzən bu fani dünyanı əbədi dünya ilə birləşdirən körpüyə düşərkən sözləri təkrar etməyə, əlləri, gözləri, başı ilə içindən xeyirli dərslər götürmək mümkün olan vəsiyyətlər etməyə başlayır. Əksər vaxtlar bu ölümqabağı an insanın yaxşı və pis aqibətinin əlaməti olur.
Və insanlann ürəklərini yox edib ruhlarını oyatmaq üçün biz bu kitabı o ümidlə yazdıq ki, hər kəsə onu yazanlara və oxuyanlara düzgün yolda möhkəm durmaqda kömək olsun və hər kəsin qismətinde olan o ölüm dəqiqələrini unutmasın.
(bizə məlum olduğu qədər bu mövzuya ayrıca olaraq yalnız Şeyx İbn Əbu əd-Dünyanm “əl-Muxtadirin” (“Ölənlər”), İmam cəuzinin “əs-Səbat ində əl-Məut” (“Ölüm anındakı mətanət”) ve Şeyx Ibn Zubur ər-Rubainin “Vəsaya əl-Uləmə indəl-məut” (“Alimlərin ölüm amndakı vəsiyyətləri”) əsər-ləri həsr olunub ki, bunlardan da yalnız axınncı ikisi nəşr edilib. Biz bu kitaba həmin ədəbiyyatlarda yer alan və Quranın müqəddəs ayələrinə və Peyğəmbərin (s.a.v.) hədislərinə zidd olan hekayələri daxil etməmişik.)
Biz ümid edirik ki, bu kitab Məhəmməd Peyğəmbərin (s.a.v.) İslam dinini təbliğ etdiyi və yaydığı prinsiplərə uyğundur və bu, Allah bəndələrinə xeyirli nəsihət olacaq və onlara öz Rəbbinin dinindən möhkəm yapışmağa və günahlardan çəkinməyə kömək edəcək.
Möminlərin anası, Məhəmməd Peyğəmbərin (s.av.) həyat yoldaşı Aişə (radiallahu ənhə) deyib: “Peyğəmbərə vəhy edilən ilk Quran surələrində ətraflı olaraq cənnət və cəhənnəm təsvir edilirdi. İnsanlar İslamı qəti qəbul etdikdən sonra əmrlər və qadağalar göndərildi. Əgər ilk vəhylər şərab içməyi qadağan etsəydi, insanlar deyərdi: “Biz heç vaxt şərab içməyi tərk etməyəcəyik”. Əgər ilk ayələr zina etməyi qadağan etsəydi, insanlar deyərdi: “Biz heç vaxt zina etməkdən qalmayacağıq”. Ancaq Məkkədə Məhəmmədə bu cür ayələr vəhy edilmişdi: “Xeyr, onların əsl əzab vaxtı Qiyamət günüdür. Qiyamət gününün əzabı daha dəhşətli, daha acıdır” (“Qəmər”, 46)
“Mən o zaman kiçik qız idim və oynayırdım. Ancaq “Bəqərə” və “Nisa” surələri mən onunla yaşayanda vəhy edildi.” Düzgünlüyü və dindarlığı yayan müdrik və mötəbər yol məhz bu cürdür.
Sonunda qeyd etmək istərdik ki, biz qarşımıza insanların ölümqabağı vəziyyəti sualım dərindən öyrənmək və bütün məlum olan misallan gətirmək məqsədi qoymamışıq. Bu kitabda bu mövzuya toxunan yalnız bir neçə Quran ayələri, Allah Rəsulunun hədisləri və bu dünyanı mömin uluların və itaətsiz günahkarlarm necə terk etməsindən bəhs edilir. Biz Allahdan diləyirik ki, ölümümüzdən sonra O, öz mərhəməti ilə bizə səadət və səfa nəsib etsin, mələklər isə Rəbbimizin bizdən razı olması və bizim üçün hazırlanmış əbədi cənnət bağları xəbəri ilə şad etsin. Biz Ondan diləyirik ki, O, öz rəhmi ilə bizim valideynlərimizi və bütün müsəlmanları qorusun.
Biz Allah-Təalaya boyun əyərək diləyirik ki, bizim dabanlarımızı inam ve dindarlıq yolunda bərkitsin ve bu yolla Onunla qarşılaşmayana qədər bizi aparsın. Biz Ondan xeyirli aqibət və bizi, valideynlərimizi, övladlarımızı ve sevdiklərimizi Allahın rəhmində olanlarla, peyğəmbərlərlə, möminlərlə, saf dindar və şəhadət etmişlərlə birlikdə diriltməyini dileyirik. Ona Onun gözəl adları və xüsusiyyətləri ilə müraciət edirik, axı bu yol yoldaşları necə də gözəldirlər! Yaradılışların ən gözəli olan bizim Peyğembərimiz Məhəmmədə (s.a.v.), onun ailəsinə, tərəfdar və ardıcıllarına uca Allahın salamı olsun
Xalid ibn Əbdürrəhman aş-Şayi Sultan ibn Fahd ar-Raşid
www.islamevi.az