ADƏM (alehissalam) VƏ HƏVVANIN ALLAHA ŞƏRİK QOŞMASI HAQQINDA RƏVAYƏT OLUNAN YALAN HEKAYƏ
Uca Allah buyurur:
“Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı…”(əl-Əraf: 189).
Allah onlara saleh övlad verdikdə özlərinə verdiyi ilə əlaqədar (insanlar) Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən Ucadır!” (əl-Əraf: 189-190).
Ayədə ilk olaraq Adəm xatırlanır sonra isə insan cinsinə müraciət olunur. Burada Adəm və Həvva nəzərdə tutulmur. Şəxslər yada salındıqdan sonra insan cinsi xatırlanır. Buna bir çox ayələri misal çəkmək olar. “Biz, həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik.” (əl-Muminun: 12,13). (Birinci ayədə şəxs olaraq Adəmdən, ikinci ayədə isə cins olaraq insandan bəhs edilir. (Tərc.)). “And olsun ki, Biz dünya səmasını qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.” (əl-Mülk: 5). Məlum olduğu kimi şeytanlara atılan mərmilər səmadakı qəndillərin özü deyil. Bu ayədə ulduzlar haqqında danışılandan sonra onların cinsi (növləri) yada salınır.
Həsən əl-Bəsri Səmurədən, o isə Peyğəmbərdən r belə rəvayət edir: “Həvvanın oğlan uşaqlarının heç biri sağ qalmırdı. Bir dəfə o hamilə olarkən İblis onun yanına gəlib dedi: Sən uşağını Əbdülharis adlandırsan o yaşayacaq. O da uşağı Əbdülharis adı ilə adlandırdı və uşaq yaşadı. Bu da şeytanın vəsvəsəsi və əmri idi”
(Zəifdir. Əhməd 5/11; Tirmizi ? 3077; İbn Cərir “Cəmiul Bəyan” 9/99; İbn Əbu Hatim 2/545. Müəllif “Təfsirul Quran əl-Azim” kitabında 2/253 bu hədis barədə danışmışdır. Şeyximiz Albani “əs-Silsilətud Daifə” kitabında ? 342 buna münasibət bildirmişdir. Hədis Səmurədən zəif sənədlə rəvayət olunur. )
Həsən əl-Bəsri yuxarıdakı ayələri deyilənlərin əksi olaraq təfsir etmişdir. Əgər onun Səmurədən rəvayətçisi olduğu hədisin Peyğəmbərə nisbəti dəqiq olsaydı, o zaman bu hədisi qoyub ayəni başqa cür təfsir etməzdi. Daha doğrusunu Allah bilir.
Eyni zamanda Uca Allah Adəm və Həvvanı bəşəriyyətin əsası olub özlərindən çoxlu kişi və qadınlar törəsinlər deyə yaratmışdır. Əgər qeyd olunan hədis səhihdirsə o zaman necə ola bilər ki, hədisdə deyildiyi kimi Həvvanın oğlan uşağı qalmasın?!
Halbuki Adəm və Həvva həmin hədisdə deyiləndən qat-qat çox mütilik göstərirdilər. Adəm Allahın Öz əli ilə yaradıb ruhundan üfürdüyü, mələklərini ona səcdə etdirdiyi, hər şeyin adını öyrətdiyi və Cənnətdə məskunlaşdırdığı bəşəriyyət atasıdır.
Əbu Zər t deyir ki, mən Peyğəmbərə r dedim: “Ey Allahın elçisi! Peyğəmbərlərin sayı nə qədərdir?
O dedi: “Yüz iyirmi dörd min”.
Dedim: “Ey Allahın elçisi! Onların neçəsi elçi idi”.
O dedi: “Üç yüz on üçü. Bağışlanmış böyük bir dəstə!”
Dedim: “Ey Allahın elçisi! Onların birincisi kim idi?”
O dedi: “Adəm”.
Dedim: “Ey Allahın elçisi! O elçi peyğəmbərlərdən idi?”
O dedi: “Bəli. Allah onu Öz əli ilə yaradıb ruhundan üfürdü və onu yaratdı”.
(Səhihdir. İbn Hibban ? 361; Təbərani “əl-Kəbir” ? 1651; Əbu Nueym “əl-Hilyə” 1/166; ət-Təyalisi ? 478; Əhməd: 5/178; 179; 265; Nəsai “əl-Kubra” 9/180/? 11968 — Tuhfətul Əşraf; Hakim 2/597; Beyhəqi 9/4; və başqa alimlər Əbu Zərdən t müxtəlif sənədlərlə rəvayət etmişlər. Rəvayət bütün sənədləri ilə səhihdir. Bəzi sənədlər ətrafında söz-söhbət var amma bu onun səhihliyinə xələl gətirmir. Şeyximiz Albani “əl-Mişkat” (? 5737) və “əs-Səhihə” kitabında (? 2668) rəvayətin səhih olduğunu demişdir.)
İki Səhih kitabda İsra hadisəsi haqqında danışılan hədisdə deyilir: “Peyğəmbər (s.a.v) dünya səmasında Adəm ilə qarşılaşdıqda Adəm ona demişdi: Əməlisaleh övladı və əməlisaleh peyğəmbəri xoş gördük!”
Peyğəmbər (s.a.v) deyir: “Onun sağında və solunda böyük dəstədə insanlar dayanmışdı. O, sağ tərəfinə baxdıqda gülür, sol tərəfinə baxdıqda isə ağlayırdı”. Mən Cəbraildən: “Ey Cəbrail! Bu nədir belə?” — deyə soruşdum.
Cəbrail: “Bu Adəmdir. Bunlar isə övladlarının nəslidir. O, sağ tərəfindəkilərə (Cənnət əhlindən olanlara) baxdıqda gülür, sol tərəfindəkilərə (Cəhənnəm əhlindən olanlara) baxdıqda isə ağlayır”
(Buxari ? 349;. Muslim ? 163.)
Hədisin mənası da elə budur.
Peyğəmbər 9s.a.v) deyir: “Mən Yusufla qarşılaşdıqda gördüm ki, gözəlliyin yarısı ona verilmişdir” (Muslim ? 162.).
Bəzi alimlər Peyğəmbərin (s.a.v) bu sözü haqqında demişlər: Bu o deməkdir ki, Yusufa Adəmin gözəlliyinin yarısı verilmişdi. Bu daha münasib fikirdir. Çünki Uca Allah Adəmi Öz əli ilə yaradıb surət vermiş, ruhundan üfürmüşdür. Onun yaratdığı isə ən gözəl yaradılmış olmalıdır.
Abdullah ibn Amr (r.a) və Abdullah ibn Ömər (r.a) mövquf* və mərfu* sənədlə rəvayət edirlər ki, “Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: “Ey Rəbbimiz! Bunu bizim üçün et. Adəm övladı üçün dünyanı yaratmısan (Bu hədisdə haqqında danışılan cənnət, Adəmin daxil olduğu cənnət deyil. Burada əzəldən yaradılmış əbədi Cənnətdən danışılır. Çünki hədisdə mələklərin sözündən Cənnət ilə yanaşı dünyanın da yaradılması anlaşılır. (tərc.)
Onlar da orada yeyir və içirlər”. Uca Allah buyurdu: “İzzətim və cəlalıma and olsun! Öz əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini, “Ol!” deməklə olan bir tayfaya bərabər tutmaram”.
(Darəmi “ər-Rədd Alə Bişr əl-Mirrisi” 1/256. O deyir: Abdullah ibn Saleh Leysdən, o isə Hişamdan, o da Hişam ibn Səəddən, o isə Zeyd ibn Əsləmdən, o da Əta ibn Yəsardan, o isə Abdullah ibn Amr ibn əl-Asdan t Movquf rəvayət etmişdir.)
Peyğəmbər (s.a.v) demişdir: “Allah Adəmi öz surətində yaratmışdır”
(Buxari ? 2559; Muslim ? 2612. Əbu Hureyrənin t rəvayətindən.)
İki səhih və digər hədis kitablarda rəvayət olunan bu hədis bir çox sənədlərlə rəvayət olunmuşdur. Alimlər bu hədis barədə danışıb və bu hədisin açıqlamasında bir çox fikirlər irəli sürüblər. Bu məsələmizlə bağlı olmadığı üçün açıqlama vermirik. Daha doğrusunu Allah bilir.
—————
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı