featured-image-3363

37. (Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. (əl-Bəqərə: 37).

Adəm (aleyhissalam) növbəti ayədəki sözlərlə tövbə etmişdir.
23. (Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” — dedilər. (əl-Əraf: 23).

Mücahid, Səid ibn Cubeyr, Əbul Aliyə, Rabii ibn Ənəs, əl-Həsən, Qata¬də, Muhəmməd ibn Kəəb, Xalid ibn Mədan, Ata əl-Xorasani və Əbdürrəhman ibn Zeyd ibn Əsləm eyni sözləri demişlər.
(Əbdürrəzzaq “Təfsir” (1/1/44); İbn Əbu Hatim “Təfsir” (414); “Cəmiul Bəyan” (1/193-194); “Təfsirul Quran əl-Azim” (1/85); “ad-Durru-l-Mansur” (1/59).

İbn Abbas (r.a) aşağıdakı ayəni oxuyub deyir: «Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək tövbə etdi. Doğrudan da, O tövbələri qəbul edəndir, mərhəmətlidir.» (əl-Bəqərə: 37).
Adəm dedi: “Ey Rəbbim! Məgər Sən məni əlinlə yaratmadınmı?”
O: “Bəli”, — dedi.
Adəm: “Məgər Sən mənə Öz ruhundan üfürmədinmi?”
O: “Bəli”, — dedi.
Adəm: “Mən asqırdıqda Sən mənə “Yərhəmukəllah” (Allah sənə rəhm etsin!) dedin. Məgər Sənin rəhmətin qəzəbini üstələməyibmi?”
O: “Bəli”, — dedi.
Adəm: “Sən mənim bunu edəcəyimi qəza-qədərimə yazmadınmı?”
O: “Bəli”, — dedi.
Adəm dedi: “Əgər mən tövbə etsəm Sən məni Cənnətə qaytarmazsanmı?”
O: “Bəli”, — dedi.

(Təbəri “Cəmiul Bəyan” (1/193-194).

İbn Abbasın rəvayəti Uca Allahın bu ayəsinə müvafiqdir: “Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. Sonra Rəbbi onu seçdi, tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.” (Taha: 121-122).

—————
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı

Bənzər Məqalələr