featured-image-2421

Sual: Salam. Mən bilmək istəyirəm ki, müsəlmanların istifadə etdikləri mənim adımın mənası nə ifadə edir. Rəfiqəm mənə söyləyir ki, mənim adım müsəlman adıdır. Adım İişadır. Lakin atam bunu Aiisia deyə tələffüz edir. Bunun mənasınım mənə açıqlasanız, həqiqətən də sizə çox təşəkkür edərəm. Vaxtınızı aldığıma görə təşəkkür edirəm.

Cavab: Həmd Allaha məxsusdur.

Ola bilsin bu Aişə adıdır və gözəl bir addır. Bu böyük bir səhabə qadının adıdır (Tərcüməçi). Bu ad Möminlərin Anası və Peyğəmbərin sallallahu aleyhi və səlləm zövcələri arasında ona ən sevimli olanın adıdır. Onun adı Aişə bint Əbu Bəkr əs-Sıddıqdır (Allah ondan razı olsun).

Aişə kəliməsinin mənası ərəb dilində “aaşə” (yaşamaq, sağ olmaq) felindən götürülüb. “Ayş” həyat mənasını ifadə edir. Ərəb dilində “Aaşəhu Allah iişəhətən raadiyan” söylədikdə, 'Allah ona gözəl həyat yaşatdı' mənasını ifadə edir. “Racul aayiş” ifadəsinin mənası vəziyyəti yaxşı olan kişi deməkdir. “Aişə” forması qadınlara aiddir (yəni, qadın cinsində işlənir).
Bax. Muxtar əl-Sihəh, cild.7, səh.195
Əl-Qamus əl-Muhit, cild.1, səh.773

Muhammad Saleh əlMunəccid

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı