featured-image-1278

Allah taalanı ibadətdə təkləşdirməsinə baxmayaraq, Nuhu, İbrahimi, Hudu, Salehi, İsmayılı, İshaqı, Yaqubu və Peyğəmbərimiz olan Məhəmmədə (s.a.v.) qədər olan peyğəmbərləri təsdiq etməyən şəxs kafirdir. Ona görə də tək Allaha ibadətlə yanaşı bütün peyğəmbərləri təsdiq etmək lazımdır. Adəmin dövründəki İslam onun şəriətinə tabe olmaqla bərabər Allaha tövhid id. Nuh əelyhissəlamın dövründəki İslam onun şəriətinə tabe olmaqla bərabər Allaha tövhid idi.

Nuh əelyhissəlamın dövründəki İslam onun şəriətinə tabe olmaqla bərabər Allaha tövhid idi. Hud əleyhissəlamın dövründəki Islam onun şəriətinə tabe olmaqla yanaşı Allaha tövhid idi. Saleh əleyhissəlamın dövründəki İslam onun şəriətinə tabe olmaqla yanaşı Allaha tövhid idi. Həmçinin, bizim peyğəmbər Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) İslamı onun şəriətinə tabe olmaqla yanaşı Allah taalaya tövhid idi. Ona görə də yahudilər və nəsranilər Məhəmməd peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) təsdiq etmədiklərinə görə kafir oldular. Onların bəzilərinin tək Allaha ibadət etmələrini də fərz etsək, müsəlman alimlərinin rəyinə əsasən onlar Məhəmməd peyğəmbəri (Ona və ailəsniə Allahın salavatı və salamı olsun!) təsdiq etmədiklərinə görə yenə də haqq yoldan azmış kafir hesab olunurlar. Eyni zamanda bir nəfər “mən tək Allaha ibadət edirəm və Məhəmməd peyğəmbəri (Ona və ailəsniə Allahın salavatı və salamı olsun) və yalnız zinanın haram bilinməsindən başqa onun gətirdiyi şəriəti təsdiq edirəm” — deyərsə, kafir hesab olunur. Belə insanın nə Allaha tövhidi, nə də Ona imanı fayda verməyəcək. Çünki, o, Allahı və onun rəsulunu bəzi şeylərə görə yalan hesab etdi. Bir şeyi də qeyd etmək lazımdır ki, belə insanları cahil olub-olmadıqlarını yoxlamaq üçün əvvəlcə haqqa çağırmaq və dəlil göstərmək zəruridir.
Həmçinin, kimsə Allahı ibadətdə təkləşdirib Onun peyğəmbərlərini təsdiq etsə, ancaq peyğəmbərləin hər hansı birinə istehza etsə və ya nə dəsə naqis hesab etsə, küfr etmiş olar. Allah taala buyurur ki, “De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! Üzr istəməyin. Siz iman gətirdikdən artıq kafir oldunuz. Aranızda bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!” (ət-Tövbə, 65-66)
Hər bir şey əksə malikdir və əksi ilə də seçilir. Tövhidin də əksi Allah taalaya şərik qoşmaqdır. Şirk Allahın göndərdiyi elçilərin dəvət etdikləri tövhidin əksidir. Allah taalaya şərik qoşan şəxs müşrik hesab olunur. Tək Allaha ibadət, Onun mülkünə və qulları üzərində tədbir tökmək və sairləri ilə bağlı olan işlərin Ondan qeyrisinə aid edilməsi şirkdir, bunu edən də Allaha şərik qoşmuş olar.
“Lə ilahə illallah”ın yəni, Allahdan başqa ibadətə layiq məbud yoxdur kəlməsinin mənası olan tövhid Allahdan qeyri ibadət olunanların hamısını inkar, tək Allahı ibadətə layiq ilah kimi təsdiq edir. Allah sübhənahu və taala buyurur: “Bu ona görədir ki, Allah haqq, Ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən, Allah ucadır, böyükdür!” (Loğman, 30) Digər ayə: “Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur”. (Muhəmməd, 19) Uca Allah Ondan başqa ilah olmadığına şahidlik edir: “Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər”. (Əli İmran, 18) “Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!” (ən-Nəhl, 51) Tövhid tək sözlə deyil, iman, təsdiq və əməllə Allahı ibadətdə təkləşdirməkdir. Bununla yanaşı Allahdan başqasına olunan ibadətin batil olduğuna, bunu edənlərin müşrik olduğuna və bundan qaçınmağın zəruriliyinə etiqad etmək lazımdır. Allah taala buyurur: “İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” (əl-Mumtəhinə, 4) Allah taala İbrahim əleyhissəlamın Allahdan başqa ibadət olunanlardan uzaq olduğunu xatırlayaraq buyurur: “Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən tamamilə uzağam. Yalnız məni yoxdan yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!” (əz-Zuxruf, 26-27)
Məqsəd tövhidə riayət etmək, Allahı ibadətdə təkləşdirmək və Ondan qeyrisinə ibadət olunanlardan çəkinməkdir. Cinlərdən və insanlardan olan bütün ibadət edənlər yalnız Allah üçün ibadət etməli və Allahın şəriətini hakim tutmaqla tövhidi yerinə yetirməlidir. Həqiqətən, Allah sübhənahu və taala hakimdir. Allah taala buyurur: “hökm ancaq Allahıdır”. (əl-Ənam, 57) “Hökm Uca və Böyük olan Allahındır”. (əl-Ğafir, 12) “Siz nəyin barəsində ixtilaf etsəniz onun hökmü yalnız Allaha aiddir”. (əş-Şura, 10) Bəzən, ibadət övliyalar, peyğəmbərlər, günəş, ay, cinlər, mələklər, bütlər, daş parçaları və sair əşyalar üçün edilir. Lakin bu, tövhidi pozan və Allaha olan imanı batil edən şirk əməllərdəndir.
Allah taala Məhəmməd peyğəmbəri (s.a.v.) və ondan əvvəlki peyğəmbərləri Allahdan qeyrisinə ibadət edən millətlərə göndərmişdi. Onların bəziləri peyğəmbərlərə və övliyalara, bəziləri ağaclara və daşlara, bəziləri də ulduzlara və sair göy cisimlərinə ibadət edirdilər. Allah tərəfindən elçilər də gəlmiş həmin insanlaı tək Allaha ibadətə, Ona iman etməyə, “lə ilahı illallah” — deməyə, və ona zidd olan bütün əməllərdən çəkinməyə səsləmişdi. Necə ki, Allah sübhənahu və taala Quranda buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik”. (ən-Nəhl, 36) Buradan aydın olur ki, qəbirlərin və türbələrin ətrafında Allahdan başqası üçün edilən ibadətlər və ya bəzi cahil hacıların peyğəmbərin (s.a.v.) qəbri yanında ondan kömək diləmələri, ona sığınmalara və şikayət etmələri Allahdan qeyrisi üçün edilən ibadətlər sayılır. Məhz, bunlar ilk cahiliyyə dövrünün adətləri idi. Həmçini, bəzi sufilərin dünyanın və kainatın bir neçə övliya tərəfindən idarə edildiyi, onların cahanı nizama salması kimi etiqadları Rubibiyyə tövhidinin ən böyük şirkidir. Allah qorusun! O cümlədən, bəzi insanların Allahla birbaşa əlaqəsi olduğunu, rəsulullaha (s.a.v.) tabe olmaq ehtiyacının olmadığını, həmin insanların qeybi bildiyini və buna görə də dünyadakı işləri səhmana salmaq qüdrətinə malik olduğunu və sair belə fikirlərə inanıb etiqad edənlər Allaha ən böyük küfr və şirk edənlərdir. Və belə əməllər sahibini İslamdan çıxarmağa kifayət edər.
Allahı ibadətdə təkləşdirmədən, tövhidə əməl etmədən, Allahın hər şeyin sahibi, hər şeyi nizama salan, ad-sifətlərində və feillərində kamil olduğuna inanmadan, Ona şərik qoşmayaraq və Onun hər hansı bir məxluqla müqayisə etməyərək yaşamadan, nə İslam var, nə iman var, nə də qurtuluş! O, zatında, sifətlərində və feillərində kamildir, həş şeyi nizama salandır. Onun şəriki və hökmünün qarşısında dayanmaq gücünə malik heç kim yoxdur. Bu inanc bütün peyğəmbərlərin dini və “Biz yalnız sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” — ayəsinin mənasıdır. İbn Abbas (Allah ondan və atasından razı olsun!) ayəni şərh edərək deyir: “Yəni, tək sənə ibadət edirik, tək Səndən istəyirik, tək Səndən qorxuruq”.
Biz bütün işlərimizdə Allahın itaətinə boyun əyərək yalnız Ondan kömək diləyirik. Qeyd etdiyimiz kimi, ibadət Allahın əmrlərinə tabe olub qadağalarını tərk edərək Onu ibadətdə təkləşdirməkdir. Allahın ibadətə tək layiqli ilah, aləmlərin Rəbbi, qullarını idarə edən, hər şeyin sahibi və xaliqi olduğuna etiqad etmək imanın kamilliyindəndir. Həqiqətən, Allah sübhənahu və taala hər şeydə mütləq kamala sahibdir.
Aydın olur ki, bütün peyğəmbərləri, başlarında da peyğəmbərimiz Məhəmmədi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) təsdiq etmək labüddür. Qul tək Allaha ibadət etsə, bütün peyğəmbərləri, başda da Məhəmməd peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) təsdiq etsə və onun şəri ətinə tabe olsa, lakin İslamı pozan bir və ya bir neçə əməl işlərdərsə, ibadətini batil edər və İslamda etdiyi əməllər artıq ona fayda verməz. Məsələn, insan hər şeydə rəsulullahı (s.a.v.) təsdiq etsə və onun şəriətinə tabe olsa, lakin bununla yanaşı yalançı peyğəmbər olan Museyləmənin haqq olduğuna inansa, onun İslmda olarkən etdiyi bütün əməllər puça çıxar. Onun gündüzlər tutduğu oruc, gecələr qıldığı namaz fayda verməz. Çünki, o, İslamı pozan əməllərdən birini etdi və yalançı peyğəmbərin haqq olduğuna inandı. Bu cür inanc Allah taalanın kəlamını təkzib edir: “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur”. (əl-Əhzab, 40) Həmçinin, bu etiqada sahib olan adam Rəsulullahın (s.a.v.) bir çox hədislərdə peyğəmbərlərin sonuncusu olduğunu və ondan sonra peyğəmbər olmayacağını deməsini təkzib edər. Qeyd edək ki, Museyləmə rəsulullahın (s.a.v.) vaxtında Yəmamədə özünü peyğəmbər elan edən bir fasiq idi. Onu səhabələr Əbu Bəkr əs-Siddiqin dövründə öldürmüşdülər.
Eyni zamanda bütün günü oruc tutan, gecələr namaz qılan tək Allaha ibadət edərək peyğəmbərin (s.a.v.) şəriətinə tam şəkildə tabe olan bir kəs günlərin bir günü dönüb bəzi ibadətlərini Allahdan başqası üçün, məsələn, peyğəmbər, hər hansı bir övliya, göy cisimləri və ya bütlər üçün edərsə, onlara dua edərək kömək diləyərsə, Allah taala tövbə edərək dönməyənə kimi əvvəldə etdiyi bütün əməllər puç olar. İzzət və Cəlal sahibi olan Allah buyurur ki, “Əgər onlar şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı”. (əl-Ənam, 88) Başqa bir ayədə Uca Allah buyurur: “Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan”. (əz-Zumər, 65) Həmçinin, hər şeydə Allaha iman gətirmək və təsdiq etməklə yanaşı, zinanın, homoseksuallığın, içkinin və sair haramların şəriətin zəruri hallarda istisnasından savayı halal oladuğuna etiqad etmək küfrdür, sahibini İslam dinindən çıxardır. Və tövbə etmədiyi təqdirdə, Qiyamət günü onun tövhidi və etdiyi əməllər fayda verməz. Həmçinin, Nuhun, Lutun, Hudun, İbrahimin, İsmayılın və sairlərin (Hamısına Allahın salavatı və salamı olsun) peyğəmbər olduqlarına inanmamaq küfrdür, onu edən kafirdir. Çünki, o, Allah taalanın peyğəmbəri haqda verdiyi xəbərləri təkzib etmiş sayılar. O cümlədən, tövhidə riayət edərək bütün peyğəmbərlərə iman gətirən şəxs Allahın halal hesab etdiklərini haram bilərsə, məsələn dəvənin, inəyin qoyunun və Allahın halal bildiyi digər nemətlərin haram olduğuna və yaxud qız övladı ilə və bacı ilə evlənməyin halal olduğuna etiqad edərsə, küfr edər və dəlil gətirildikdən sonra inadlkarlıq göstədiyi təqdirdə İslamdan çıxar. Çünki, ola bilsin ki, həmin şəxs cahil və xəbərsizdir. Baxın, insan bütün ibadətləri yerinə yetirməsinə baxmayaraq şəriətin bir qaydasını inkar etməklə mürtəd kimi dindən çıxır və onun heç bir əməli ona fayda vermir: “Əgər onlar şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı”. (əl-Ənam, 88)
Biz cahilliyin çoxluq, elmin isə azlıq təşkil etdiyi bir zamandayıq. Indi Allahın istədiyi kəslərdən başqa insanlar sırf dünya ilə bağlı digər elmlərə və digər vasitələrə üstünlük verirlər. Onların Allah və Onun dini haqda təsəvvürləri azalıb, işlərin və məşğuliyyətlərin dünya ilə bağlılığı artıb. Əksəriyyət Allahın dini haqqında fikirləşmir, Onun şəriətini və tövhidini tətbiq etmirlər. Ey Allahın qulları, bunlara diqqət yetir, Allahın kitabına və rəsulullahın (s.a.v.) sünnəsinə canı dildən sarının ki, tövhidi və imanı, Allaha şərik qoşmağın nə olduğunu, Cənnətə daxil və Cəhənnəmdən xilas edən səbəblərini biləsiniz, dininizi elmlə qavrıyasınız! Elm əhli ilə sıx təmasda olun, dini məclislərdə tez-tez əyləşin ki, fayda əldə edəsiniz, aydın görüşə malik olasınız və işlərinizdə uğur qazanasınız!

www.islamevi.az

Bənzər Məqalələr