featured-image-1857

Sual- Hər hansı bir kişiyə və ya qadına “Etdiyiniz haramdır” dediyimiz halda, məsələn bir qadına qısa paltar geyinməməyi və ya bir kişiyə siqaret çəkməməyi məsləhət gördükdə, onlar bu şəkildə cavab verirlər: Hər kəs bunu edir və ya ölkəmizdəki bütün qadınlar bu cür geyinirlər. Bu cür cavabın hökmü nədir?

Cavab- Həmd Allaha məxsusdur.

Onlar tərəfindən verilən cavab yanlışdır və insanların etdikləri münkər (pis) əməllərə haqq qazandırmaq olmaz.

Allah sübhənəhu və təala buyurur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (əl-Ənam 6:116)

Nəyin halal və nəyin haram olması barəsində hökmlər Allahın Kitabından və Onun rəsulunun (sallallahu aleyhi və səlləm) sünnəsindən götürülür, insanların əməllərindən götürülmür. Çünki insanlar səhv də, yanlış da edə bilərlər.

Fətəvə əl-Ləcnə əd-Dəimə 12/347

Elmi və Fətva araşdırma mərkəzi

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı