featured-image-2216

Sual: Bir insanın qolunda döymə var. Və o, bu əməldən tövbə etmişdir. Bu insan döyməni yandırıb itirməlidir, yoxsa yox?

Cavab: Əgər döyməni itirməkdə zərər yoxdursa bunu etsin. Amma döyməni itirərkən həmin yer eybəcərləşərsə və bununla da zərər hasil olarsa bunu etməsin. Həmçinin əgər döyməni onun bədəninə uşaq olarkən vurublarsa onu pozmamaqda bir günah yoxdur. Amma döyməni özü bədəninə vurubsa bunu itirməlidir. Bu iki halın arasındakı fərqə gəlincə, birinci halda insan məcbur edilmiş, ikinci halda isə öz ixtiyarı ilə etmiş sayılır.
———
Muhammad ibn Salih əl Useymin

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı