BƏDXƏRCLİKDƏN VƏ YA İSRAFÇILIQDAN ÇƏKİN
İslam dini bütün hallarda orta mövqe tutmağı tövsiyə edir və şəriəti yaşamaq üçün insanlara asanlıq göstərir. Allah taala buyurur ki, “Nə əldən çox bərk ol, nə də əlini tamamilə aç! Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” (əl-İsra, 29) İbn Kəsir qeyd edir ki, “Allah taala yaşam tərzində ekanomikaya ciddi fikir verməyi əmr edir və paxıllığı pisləyir. Allah taala israfçılığı qadağan edərək buyurur: “Əldən çox bərk olma!” Yəni, heç kimə heç nə verməyən xəsislərdən olma! “Əlini tamamilə açma!” Yəni, israfçılıq edib malını dağıtma, gücün çatdığı qədər malından istifadə et!” Uca Allah buyurur: “Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar”. (əl-Furqan, 67)
Xərclikdə orta mövqe tutmaq israf etmədən, həddi aşmadan yeyəcək və içəcəyə xərcləmək mənasını daşıyır. Həmçinin, xərclədiyin zaman təkəbbürlük etməyəcək, qürrələnməyəcəksən! Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Ye, iç, geyin və sədəqə ver! Ancaq İsraf etmə və qürrələnmə!” Bu, rəbbani bir tərbiyə üsuludur. Bütün cəmiyyətlərdə xoş qarşılanmayan israf hər zaman maddi və mənavi baxımdan insan həyatına, psixikasına mənfi təsir göstərir. Ehtiyac olandan daha artığının qəbulu və istifadəsi şəriət tərəfindən kəskin şəkildə qınanır. İsrafçılıqda peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədəf seçdiyi doğru yaşam tərzininin prinsiplərinə ziddir. Həmçinin pulun başqa dəyərsiz işlərə sərf olunması və itirilməsi müsəlmanların ümumi büccəsinə zərər gətirir. Pul faydasız və mənasız yerlərə yox, xeyrə, inkişafa və xalqın rifahına xərclənsə, bundan bütün cəmiyyət faydalanar. Allah taala buyurur: “Qohum-əqrabaya da, miskinə də, müsafirə də haqqını ver. Eyni zamanda sağa-sola da səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (əl-İsra, 26-27) Bu ayədə də pulun dağıdılması və israf edilməsi qadağan edilir. İbn Kəsir deyir ki, malını sağa-sola səpələyən insan şeytana bənzəyir.
Həmçinin, sair işlərdə də nə həddi aşaraq ifrata yol vermək, nə də ehtiyac olandan az səy göstərmək lazım deyil. Məlum olduğu kimi, xristianlar tarix boyu öz inanclarına sadiq qalaraq zirvəyə meyl etməmişlər. Yahudilər isə varlanmağa və maddi artıma meyl göstərmişlər. Yuxarıda qeyd etdiyimiz orta mövqe prinsipi məhs, İslamın tövsiyəsidir.
Bütün işlərdə orta mövqe tutmaq İslamın şüarıdır. Allah taala buyurur ki, “Beləliklə də, sizi orta bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun”. (əl-Bəqərə, 143) Orta ümmət bir neçə yöndən izah edilə bilər. Bu ümmət Qiyamət günü başqa ümmətlərə şahid olacaq. Islam zaman etibarilə özündən əvvəlki ümmətlərlə Qiyamət saatı arasında zühur etmişdir. Namazlarımızda üzümüzü tutduğumuz müqəddəs Kəbə yerin ortasında yerləşir. Mömin əməllərində orta mövqeyə üstünlük verərək həddini aşmaqdan və layiqincə etməməkdən çəkinir. İslam iqtisadiyyatı kapitalizm və sosializm arasında ortaq mövqedə dayanır. Qurtubi təfsirində qeyd edir ki, əməllərin ən bəyəniləni yerində edilənidir. Həddi aşaraq ifrata yol vermək və ya mövcud olanları kiçildərək önəmsəməmək islama xas olan mövqe deyil. Bu o deməkdir ki, İslam ümməti xristianların öz peyğəmbərlərini şişirtmələri və ya yahudilərin öz peyğəmbərlərinə layiq olduqları qiyməti verməmələri kimi əməllərindən uzaqdır.
Israfın nəticələri və zərərləri:
Israf aşağıdakı formalarda cəmiyyətdə təzahür edir:
1. Varlılıq: Bu, dövrümüzün xəstəliyidir. Allah taala buyurur: “Onlar bundan əvvəl naz-ne’mət içində idilər”. (əl-Vaqiə, 45) Eyni zamanda Alah taala varlılığın təsiri və aqibəti barədə buyurur: “Biz bir məmləkəti məhv etmək istədikdə onun naz-ne’mət içində yaşayan başçılarına əmr edərik. Lakin onlar pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. (əl-İsra, 16) Varlılar həzlərə uyduqlarından peyğəmbərlərə və salehlərə ilk etiraz edənlər olmuşlar. Məlum olduğu üzrə, var-dövlət arxasında gizlənən hər şey sonda süquta və məhv olmağa məhkumdur. Qurani-Kərimdə ibrət üçün adları çəkilən sivilizasiyaların süqutu buna misaldır. Onlar var-dövlət və dünya nemətləri içərisində olsalar da fayda əldə edə bilmədilər. Əllərində olanlar yalnız günahlarını artırmağa vasitə oldu. mallarında israf edərək Allahın nemətlərinə şükr etmədilər. Geyim, qida, minik, mənzil və sair sahələrdə israfçılıq, bahalılığa meyl etmək günahların artmasına gətirib çıxarır və acı sonluğa qapı açır.
2. Günahlarda həddini aşmaq: Günahın bilə-bilə davam etdirilməsi, tövbə edib Allahın dininə dönməmək günah içərisində günahın yaranmasına səbəb olur. Ehtiyac olmadan kafir ölkələrinə gedərək onlarla qarışmaq və asiliklərə qərq olmaq günahları ifratcasına artırır. Allah taala buyurur ki, “Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar!” (Hud, 113) Allah taala Allahın zikrindən boyun qaçıran israfçıların əzabı, onların dünya həyatındakı sıxıcı yaşamı və Qiyamət günü kor olacaqları barədə xəbər verir: “Biz həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir!” (Taha, 127)
3. Ümumi xərcliklərdə israf: Bu vərdiş insan həyatında qarma-qarışıqların yaranmasına səbəb olur, acizliyə, çətinliklərin yaranmasına, müflisləşməyə və bərəkətin itməsinə gətirib çıxarır. Həmçinin, dövlətin lazım olmayan sahələrə yatırım yatırması büccənin azalmasına və vacib olan öhdəliklərin yerinə yetirilməsində acizliyin meydana gəlməsinə səbəb olur.
4. Yeyəcək və içəcəklərdə israf: Allah taala buyurur: “Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 31) Alahın israf edənləri sevməməsi israfin çirkin və bəyənilməyən əməl olmasına kifayətdir. Həkimlər də tibbi baxımdan qidanın qəbulunda həddini aşmayaraq normada qida qəbul etməyi tövsiyə edirlər. Bunların kökü isə rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisindən qaynaqlanır. Hədis İbn Abbasdan (Allah ondan və atasından razı olsun!) rəvayət olunur ki, rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “İstədiyini ye, istədiyini gey! Ancaq iki şeyə — israf və təkəbbürlüyə yol vermə!”
Amr bin Şueyb atasından, o da öz atasından (Allah onlardan razı olsun) rəvayət edirlər ki, rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Ye, iç, geyin və sədəqə ver! Ancaq israf etmə və qürrələnmə!” “Salamat yollar” əsərində qeyd olunur ki, israf hərəkətdə və sözdə həddini aşmaq anlamına gəlir. Bu, daha çox xərclik zamanı üzə çıxır. Sözü gedən hədis Allah taalanın bu ayəsindən götürülüb: “Yeyin-için, lakin israf etməyin!” (əl-Əraf, 31) Burada eyni zamanda təkəbbürlük və qürururun haramlığı bildirilir.
www.islamevi.az