featured-image-1797

sual-
Dostlarımdan biri öz böyrəyini böyrək çatışmamazlığından əziyyət çəkən qardaşına bağışladı. Amma ona deyilib ki, onun etdiyi bu əməl haramdır, çünki bədənimiz bizə verilmiş əmanətdir və bizdən həmin əmanət barədə Qiyamət günü soruşulacaqdır.

Cavab: Əgər həmin sahədə ixtisaslaşmış həkimlər böyrəyini verdikdən sonra onun zərər çəkməyəcəyi barədə qərara gəliblərsə və onlar həmin orqanın onun qardaşı üçün yararlı olacağına inanırlarsa, onda onun etdiyi əməldə heç bir xəta yoxdur. Əksinə inşallah Allah onu mükafatlandıracaq, çünki həmin şəxs başqa bir insanın sağalmasına kömək edib. Qüdrətli Allah buyurur: “…yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir”.
Allahın elçisi (salallaahu aleyhi və səlləm) demişdir: “Qul qardaşına kömək etdiyi müddətcə Qüdrət sahibi olan Allah da ona kömək edər. (Muslim no.2699)

Allah bizə doğru olanı etməkdə yardımçı olsun.

————-
Fətəvə İsləmiyyə cild 8, səh.232, DARUSSALAM

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı